Yuxarı

Nazirlik zəhərlənmələrə görə cərimələdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ay ərzində gigiyenik normalara cavab verməyən qida məhsulları istehsal edən 29 müəssisə sahibkarı cərimələnib.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazirlik müəssisələrdə sanitar gigiyenik qaydalara daim nəzarət edir və qeydə alınan nöqsanlarla bağlı müvafiq tədbirlər görür.

Nazirliyin apardığı yoxlamalar zamanı sentyabrda yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən müəssisələr aşkarlanıb.

29 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 11 obyektin istismarının dayandırılması barədə isə qərar qəbul edilib, 1 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 254, mikrobioloji göstəricilərinə görə 219 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 4 nümunədə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evləri və iaşə müəssisələrindən 885 yaxma götürülüb, yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilməyib.

Mütəmadi olaraq aparılan belə araşdırmalara səbəb sentyabr ayı ərzində əhali arasında 39 qida zəhərlənməsinin baş verməsi və 66 nəfərin zərərçəkməsi olub. O cümlədən, bu ay 2 botulizm hadisəsi baş verib ki, nəticədə 2 zərərçəkən olub.

Bu qida zəhərlənməsi hadisələrinin hamısı məişətdə baş verib.

Tarix
2015.11.03 / 17:24
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla