Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2018


Niyə xəstəliklərdən qurtula bilmirik? – Səbəb

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəstəliyə yoluxma həm də psixoloji hadisədir.

"Loqos" psixoloji və nitq inkişafı məkəzinin psixoloqu Məleykə İsmayılova xəstəliklərdən necə xilas olmalı mövzusunda tövsiyələrini Axar.az-la bölüşüb:

Elə xəstəliklər var ki...

Xroniki adlandırdığımız (müəyyən müddətli müalicə kursundan sonra yenidən qayıdan) xəstəliklərin əsas səbəbi həkimin və dərmanların yetərsizliyi deyil, tam psixoloji faktorlar əsasında baş verir. Xəstəni müalicə etmək üçün ilk növbədə xəstəliyi yaradan səbəbi tapıb aradan qaldırmaq lazımdır. Elə xəstəliklər var ki,onların yaranma səbəblərini rəsmi təbabət də bilmir, axtarır, amma hələ də tapmayıb. Bir tərəfdən xəstəni müalicə etmək üçün xəstəlik səbəbini bilmək və onu kənarlaşdırmaq lazımdır, digər tərəfdən də onlar təbabətə məlum deyil. Belə çıxır ki, rəsmi təbabət xəstəlikləri kənarlaşdırmır, sadəcə, müxtəlif tibbi metodlarla xəstənin əzablarını yüngülləşdirir.

Bütün problemlər insanlardadır

Xəstəliklərin səbəbləri, əslində, insanın batinində, ruh halındadır. İnsanlar hər biri fərdi düşüncə tərzi ilə ətraf aləmi qəbul edirlər. Duyğular düşüncələri, düşüncələr də davranışları yaradır. İnsanın psixikasının ətraf aləmlə harmoniyası pozulduqda stress, nevroz, depressiya halları baş verir və bu davamlı şəkildə olduqda psixoloji durumda problemlər yaranır, orqanizmin stresə davamlılıq səviyyəsi aşağı düşür, nəticədə insan xəstələnir. Psixoloji sağlıq bərpa olunmadıqda isə məsələ ciddiləşir, psixosomatikaya çevrilir və insan "müalicə olunmaz" deyilən xəstəliklərdən (xərçəng, psoriaz, diabet, ürəyin işemik xəstəlikləri, skleroz, epilepsiya və s.) əziyyət çəkməyə başlayır. Həyat keyfiyyətləri aşağı düşdüyündən, həyatdan zövq ala bilmir, dünyaya və insanlara küskün olurlar, daim şikayətlənir və günahkar axtarırlar. Əslində, bütün problemlər insanlardadır (xəstəliklər, stress) – bunlar şüurdakı istəklərin və təhtəlşüurdakı niyyətlərin uyğunsuzluğunun nəticəsidir. İnsan şəxsiyyəti bütöv şəxsiyyətdir. Onun şüur və təhtəlşüura bölünməsi şərtdir. Bu cür bölmə yalnız insan şəxsiyyətinin məlum olmayan tərəfi barədə söhbət aparmaq üsuludur. Sadəcə olaraq, bizim hər birimizin naməlum və sona qədər dərk oluna bilməyən bir sahəmiz var ki, bizi müəmmalı varlığa çevirib. Biz bu müəmmanı nəyin xətrinə olur-olsun aşmağa çalışmalıyıq. Çünki bizim həyatımız bundan asılıdır.

Xəstəliklə "dost" münasibəti qurmağa hazırsınızsa...

Unutmayın, xəstəlik cəza deyil, sadəcə, sizin fikir və emosiyalarınızın xarici və fiziki şəkildə əksidir. Fikirlər dağıdıcı formadadırsa, (məsələn, inciklik, mühakimə, nifrət, qısanclıq) onda fiziki formada xəstəlik kimi təzahür olunacaq.

Özünüzü kəşf etməyə, təhtəlşüurunuzla əlaqə qurmağa, xəstəliklərinizlə "dost" münasibəti qurmağa hazırsınızsa, psixoloji xidmət sahəsində çalışan mütəxəssislərə müraciət etməyi təxirə salmayın. Siz və sizin həyatınız çox dəyərlidir, onu qiymətləndirsəniz, o da sizə eyni diqqət və qayğı ilə cavab verəcək.

Tarix
2015.11.04 / 21:21
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
loading...
Digər xəbərlər

Ərəblər dünyada ilkə imza atdı – D vitaminli su

Asqıranda burnunuzu tutmayın, çünki...

Bakıda 52 yaşlı qadın əkiz dünyaya gətirdi - Foto

Azərbaycanda vərəmlə bağlı ilk - Epidemioloji xəritə

Tanınmış aparıcının halı pisləşdi - Foto

Alman mütəxəssis Bakıya gəlir - Qəbul

Barmaqlarınızda bu dəyişiklik varsa... - Təhlükəli simptom

Bu, ölümlə nəticələnə bilər, peyvənd olunun – Pediatr

Uzun müddət TV izləməyin ağır fəsadı – Həkim

Ürək üçün ən faydalı yağ müəyyən edildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla