Yuxarı

Dərman qiymətləri ilin sonunda bilinəcək

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsi 2015-ci ilin sonuna kimi başa çatdırılacaq.

Axar.az xəbər evrir ki, bu sözləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi mexanizmi barədə danışarkəm deyib.

Onun sözlərinə görə, prosesin davamı olaraq Tarif (qiymət) Şurasının bir neçə iclası keçirilib. Hazırda qiymətləri təsdiq edilən dərman vasitələrinin sayı 3 mini ötüb:

"Rəqabət mühitinin pozulmaması və qiymətlərin dərman vasitələrinin üzərində yerləşdirilməsi vaxt tələb etdiyindən qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabr tarixindən, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabr tarixindən qüvvəyə minəcək. İlin sonunda proses başa çatacaq".

İ.Məcidov qeyd edib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinin, Səhiyyə Nazirliyinin və Tarif Şurasının əməkdaşları son iki ildə bir sıra Avropa ölkələrində və Türkiyədə olub:

"Həmin ölkələrin təcrübəsi öyrənilib, müvafiq təhlillər aparılıb. Qanunvericilikdə qiymətlərin tənzimlənməsi məqsədilə ən azı 5 istinad ölkəsinin müəyyən edilməsi nəzərdə tutulub. Tarif Şurası da bu məqsədlə Avropa İttifaqına üzv olan 9 ölkə və Türkiyədən ibarət 10 istinad ölkəsi müəyyən edib".

Onun sözlərinə görə, qiyməti tənzimlənmiş 3010 dərman vasitəsindən 50 faizinin qiyməti 2 dəfədən çox, 26 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, bütövlükdə isə, həmin dərman vasitələrinin 96%-i üzrə qiymətlər endirilib.

İ.Məcidov qiymətləri təsdiq edilən bəzi dərmanların satışda olmamasına da aydınlıq gətirib. Bildirib ki, beynəlxalq təcrübədə də dövlət qeydiyyatından keçmiş dərman vasitələri adətən aktiv və passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır:

"Faktiki satışda olan dərman vasitələri aktiv, satışda olmayanlar isə passiv dərman vasitələri adlanır. Dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində idxal, paylanma, marketinq siyasəti və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur. Ona görə də, Tarif Şurası tərəfindən təsdiq edilən qiymət cədvəlində dərman vasitələri ticarət adlarına görə deyil, tərkiblərinə (yəni, təsiredici maddələrə) əsasən sıralanıb".

Tarix
2015.11.06 / 11:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla