Yuxarı

Dərman qadağası ilə bağlı - Rəsmi məlumat

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi dərman vasitələrinin dövriyyəsinin qadağası ilə bağlı məlumatlara aydınlıq gətirib.

Axar.az xəbər verir ki, bu haqda məlumatı Dövlət Gömrük Komitəsinin mətbuat xidməti verib.

"Bəzi kütləvi informasiya vasitələrində müəyyən dərman vasitələrinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı məlumatlarla əlaqədar olaraq məsələyə aydınlıq gətirilməsi üçün bildiririk ki, dərman vasitələri haqqında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən dərman vasitələrinin gömrük orqanı tərəfindən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi dərman vasitələrinin müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi və icazəsi əsasında həyata keçirilir.

Eyni zamanda, ölkəyə gətirilən dərman vasitələrinin mal partiyaları üzərində gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş rəy və icazə sənədlərindəki məlumatların gətirilən mallarla uyğunluğuna nəzarətin daha da gücləndirilməsi və bu sahədə dövlət nəzarətinin səmərəliyinin artırılması məqsədilə Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə əlaqələndirilmə işinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Həmçinin, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən dərman vasitələrinin ölkə sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilmiş və nəticəsi üzrə görülmüş işlər haqqında məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılıb", – deyə məlumatda bildirilir.

Tarix
2016.01.07 / 21:20
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla