Yuxarı

Təbriz azərbaycanlı uşağın meyitini qaytarmır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşı Qorqud Dadaşzadənin valideynləri qalan pulu ödəməyiblər. Ona görə də uşağın meyitini təhvil verə bilmərik.

Bunu APA-nın İran bürosunun sorğusuna cavab olaraq Təbriz şəhərində yerləşən "Kudəkan" xəstəxanasının nümayəndələri deyiblər.

Xəstəxanadan bildiriblər ki, 10 aylıq Q. Dadaşzadənin müalicəsinə 35 milyon tümən (təxminən 16 min manat) xərclənib. Bu məbləğin 21 milyon tüməni (12 min manat) xeyriyyəçi insanlar tərəfindən ödənilib. "Qalan pul isə uşağın qohumları tərəfindən ödənilməlidir ki, cənazə təhvil verilsin. Bu uşağın valideynləri və qohumlarının borcudur ki, həmin məbləği ödəsinlər. Lakin onlar bu anadək bu işi görməyiblər və biz də qanuna uyğun olaraq uşağın meyitini təhvil verə bilmərik", - deyə xəstəxana təmsilçisi qeyd edib.

Xatırladaq ki, 10 aylıq Q. Dadaşzadə 21-də günorta saatlarında Təbrizin "Kudəkan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib.

Tarix
2016.01.23 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla