Yuxarı

“Əvəz Zeynallının vəziyyəti pisdir” – Həyat yoldaşı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əvəz Zeynallının səhhətində ciddi problem yaranıb. Vəziyyəti yaxşı deyil. Beyninə oksigen normal şəkildə getmir".

Bunu "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynalının həyat yoldaşı Məlahət Zeynalova dedi. Onun sözlərinə görə, baş redaktor burnundan iki dəfə əməliyyat olunub, amma həmin problem davam edir:

"O, iki dəfə əməliyyat olunub. Hazırda nəfəs almağında çətinlik yaranıb. Çalışırıq yaxşı bir həkim aparaq onu müalicə etsin. Orada əməliyyat qeyri-mümkündür. Sadəcə yaxşı müalicə olunmalıdır, elə bir həkim isə hələlik tapa bilmirik". "Məsələ ilə bağlı hər hansı bir quruma müraciət etmək fikriniz varmı" sualına M.Zeynalova belə cavab verib: "Bu haqda düşünürük. Amma gərək bu məsələdə Əvəz bəzin özü ilə danışaq. Ondan icazəsiz və məsləhətləşmədən heç nə deyə bilmərik".

Xatırladaq ki, Ə.Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. Barəsində CM-nin 313.3.3 313.3.4-cü maddələri ilə cinayət işi açılıb. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2014.02.03 / 18:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla