Yuxarı

Nicat Dağlar yenidən Almaniyaya gedir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yenidən müayinələrdən keçməliyəm ki, həkimlər müalicənin xəstəliyə hansı təsiri göstərdiyini dəqiqliklə müəyyən etsinlər"

Leykoz xəstıliyindən müalicə olunan tanınmış jurnalist Nicat Dağlar noyabrın 6-da yenidən Almaniyaya yola düşür. Bu barədə əməkdaşımızla söhbətində N.Dağlar özü məlumat verib. Jurnalist bildirib ki, bu dəfə o, ikinci müalicə kursunu qəbul edəcək: "Bilirsiniz ki, birinci müalicə kursu iyul-avqust aylarına təsadüf etmişdi. Alman həkmlər müəyyənləşdirdiyi müalicə qrafikinə görə oktyabrın sonu, noyabrın əvvəli yenidən xəstəxanada olmalıyam. Bu müddət ərzində mən çox ağır dərmanlar qəbul etmişəm. Müalicəm bir gün də olsa dayanmayb. Almaniyada yenidən müayinələrdən keçməliyəm ki, həkimlər müalicənin xəstəliyə hansı təsiri göstərdiyini dəqiqliklə müəyyən etsinlər. Buna uyğun olaraq da müalicənin ikinci kursu üçün dərman preparatları müəyyənləşəcək və mən bir müddət alman həkimlərnin nəzarəti altında qalacam. Bundan başqa, qardaşımdan ilik analizi götürüləcək ki, gələcəkdə ehtiyac yaranarsa, o mənim potensial donorum kimi iştirak edə bilsin.

N.Dağların sözlərinə görə, xəstəlik müalicəyə tabe olunur və o artıq özünü yaxşı hiss edir: "Mənim müalicəmin xərcləri prezident İlham Əliyevin göstərişi ilə dövlət tərəfindən qarşlanır. Bu müddət ərzində mən bir gün də olsa nəzarətdən kənar saxlanılmamışam. Bakıdakı qan xəstəlikləri institutunun həkimləri məni mütəmadi olaraq müayinələrdən keçirib, gərəkli dərman preparatları ilə təmin ediblər. Bir sözlə, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatələnmişəm və buna görə, prezident İlham Əliyevə bir daha öz təşəkkürümü bildirirəm. Hər halda bu bir reallıqdır ki, məhz dövlətin dəstəyi ilə bu xəstəliyi tamamilə yenməyə yaxınam. Sagolsunlar, mənim həytda qalmağım üçün hər şeyi etdilər və etməkdə də davam edirlər".

Qeyd edək ki, N.Dağlar noyabrın 6-ı səhər saatlarında Frankfurta yola düşəcək. Oradan isə məşhur klinikalar şəhəri olan Bəd Vildungenə yollanacaq.

Tarix
2013.11.02 / 10:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla