Yuxarı

Türkiyə terrordan yalnız bu cür xilas ola bilər – Şərh

Ana səhifə Digər Şərh
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən Türkiyənin qərbyönlü siyasətinin zəiflədilməsinin qəti əleyhinəyəm.

Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Türkiyədə çox mürəkkəb hadisələrin baş verdiyini deyən politoloq qeyd edib ki, MİT və hüquq mühafizə orqanları, demək olar ki, ölkədə baş verən terrorları vaxtından əvvəl müəyyənləşdirə və terrorçuları zərərsizləşdirə bilmir:

“Necə olur ki, Mərkəzi Kəşfiyyat İdarəsi 10 gün əvvəl Yeni il ərəfəsindəki terror barədə xəbərdarlıq edir, ancaq Türkiyə kəşfiyyatı bunu bilmir. Qənaətimə görə, Türkiyədəki boşluğun doldurulması üçün ordu gücləndirilməlidir. Bunun üçün ilk növbədə ölkənin hüquq mühafizə orqanları və ordudakı zəif nöqtələri yaradan səbəblər aradan qaldırılmalıdır”.

Politoloq hesab edir ki, NATO-nun ABŞ-dan sonra ən güclü ordu və kəşfiyyatına malik Türkiyə indi bu keyfiyyətdən məhrum olunmuş kimi görünür:

“Ankara əvvəlki dövlət atributlarının şöhrətini qaytarmalı və hakimiyyət güclənərək Türkiyəyə qarşı sui-qəsd edənlərin üzərinə güclü dəlillərlə getməlidir”.

İncirlik hərbi bazasının bağlanması məsələsinə gəlincə, Q.Hüseynli bunu doğru addım hesab etmir:

“Ankara bundan sonra nələrin baş verəcəyini təsəvvür etməlidir. İncirlik hərbi bazası NATO, Qərblə sıx iqtisadi, hərbi, siyasi əlaqələrin mövcudluğu, ən əsası Yaxın Şərqdə Türkiyənin bir sıra düşmənlərinə qarşı ciddi təhdid obyekti deməkdir”.

Tarix
2017.01.07 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla