Yuxarı

Rusiyanın Qarabağ oyunu: Proses nəzarətdən çıxır

Ana səhifə Digər Şərh
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə olmasa da, ermənilər tərəfindən təxribatlar gözləniləndir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Dağlıq Qarabağ prosesində iştirak edən əsas oyunçular ciddi addımlar atmazsa, xaotik problemlər baş verə, hətta vəziyyət hərbi müdaxiləyə qədər gedib çıxa bilər:

“2017-ci ildə münaqişənin həllində müəyyən irəliləyiş olmalıdır. Çünki heç bir regional oyunçu müharibənin yenidən alovlanmasını istəmir. Beynəlxalq təşkilatlar isə nüfuzlarını itirirlər. Məhz bu baxımdan daha ciddi addımlar atılmalıdır. Xalq diplomatiyası çərçivəsində Ermənistanın hüquq müdafiəçilərinin Azərbaycana gəlməsi Rusiyanın əsas planlarından biridir və burada da müəyyən siyasi oyunlar var. Belə ki, SSRİ-nin varisi kimi Rusiya bu problemin yaranmasında birbaşa iştirakçı olubsa, deməli, məhz problemin həlli də Moskvanın əlindədir”.

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında müharibə havası hiss olunmur:

“Lakin dünyada baş verən proseslər və ATƏT həmsədrlərinin dəyişməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə çox mənfi təsir edir. Bu isə status-kvonun saxlanılmasına gətirib çıxara bilər. Böyük müharibə olmasa da, ermənilər tərəfindən təxribatlar gözləniləndir. İrəvan KTMT-yə böyük ümid bəsləyir. Lakin təşkilat daxilində parçalanma var. Əgər Qarabağ prosesi nəzarətə götürülməzsə, münaqişənin həlli uzadılacaq”.

Tarix
2017.01.11 / 09:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla