Yuxarı

Cəbiş müəllimin sevgi macərası... - Qızı danışdı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atam bir dəfə evlənib ayrılmışdı, bir qızı var idi. Ona görə də anamın atası, yəni babam qəti şəkildə valideynlərimin ailə qurmasına razı olmayıb.

Axar.az xəbər verir ki, bu sözləri aktyor Süleyman Ələsgərovun qızı Sevil Əhədova "Bir sevgi tarixçəsi" verilişində danışarkən deyib. O, valideynlərinin sevgi tarixçəsindən bəhs edib:

"Yaxın ailələrdən biri elçi gəlir, babam anamı onlara verir. Anam evdə aclıq aksiyasına başlayır, üç gün yemək yemir. Bir gün otağında ağlayırmış, nənəm yanına gəlib. Anam ona atamı sevdiyini, ondan başqa heç kimlə evlənməyəcəyini deyib. Nənəm isə onlara kömək edəcəyinə söz verib. Nənəm anamı uzaq qohumlardan birinin evinə yollayıb, babama deyib ki, Süleyman qızı qaçırdıb, gəl daşı tök ətəyindən, nə qədər ki, heç kim qızın qaçdığını bilmir, qoy Süleymanın elçiləri gəlsin". Babam çox əsəbiləşsə də, məcbur olub, "siz qazandınız, qoy elçilər gəlsin", - deyib. Beləcə, atamla anam ailə qurub. Babam sonradan atamı çox istəyirdi, həmişə deyirdi ki, Süleyman mənə kürəkən yox, oğul oldu".

Qeyd edək ki, görkəmli aktyorumuz Süleyman Ələsgərov daha çox "Bizim Cəbiş müəllim" filmində canlandırdığı Cəbiş müəllim rolu ilə məşhurdur.

Tarix
2016.11.21 / 17:47
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla