Yuxarı

“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə və Azərbaycanda böyük maraqla izlənilən “Qurdlar Vadisi Pusu” serialı yeni mövsümdə ekranlara qayıda bilər.

Axar.az Xəbər 7-yə istinadən məlumat verir ki, 13 ildir davam edən serialın hələlik hansı telekanalda yayımlanacağı dəqiqləşməyib.

Ancaq filmin gələn ilin yanvarından yayımlanacağı gözlənilir.

Serialla bağlı digər xəbər isə izləyicilərin böyük istəyi ilə 15 iyul dövlət çevrilişinə cəhdin ekranlaşdırılmasıdır.

Bu arada çevrilişə cəhddən az öncə “Qurdlar Vadisi Çevriliş” markası üçün patent almaq istəyən “Pana Film” haqqında yayılan iddialara şirkətdən cavab gəlib.

Serialın qəhrəmanı Necati Şaşmazın (Polad Ələmdar) prokurorluğa çağırılmadığını açıqlayan şirkət yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

“Mediada şirkətimizin prokurorluğa ifadə verməsi barədə yayılan xəbərlər və şərhlər həqiqəti əks etdirmir. Bu barədə prokurorluğa da məlumat verilib. Şübhəli qismində işçilərimizin ifadəsi alınmayıb. Yayılan xəbərlərin məqsədli və qərəzli olduğu qənaətindəyik”.

Xatırladaq ki, 15 iyul dövlət çevrilinə cəhddən sonra serial çəkilişlərinin qəflətən dayanması “Pana Film” şirkətinin Gülən camaatı ilə əlaqədə olma ehtimalını gücləndirmişdi.

Tarix
2016.12.06 / 14:12
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla