Yuxarı

“Satıcı” Oskar aldı: Tramp tənqid edildi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los-Anceles şəhərinin Dolbi teatrında 2017-ci il Oskar mükafatının qalibləri açıqlanıb.

Kult.az xəbər verir ki, ən yaxşı film nominasiyası üzrə Oskarı “Ay işığı” filmi (Moonlight) qazanıb.

Ən yaxşı rejissor mükafatını isə “La La Lend” filmi ilə Demien Şazell alıb.

Gecədə ən yaxşı aktyor nominasiyası üzrə Oskara “Dəniz kənarında Mançester” filmindəki roluna görə Keysi Afflek, ən yaxşı aktrisa mükafatına isə Emma Stoun layiq görülüb.

Ən yaxşı xarici film nominasiyasında Oskar məşhur iranlı rejissor Əsgər Fərhadinin “Satıcı” filminə verilib. Əsgər Fərhadi Trampın 7 ölkənin vətəndaşının ABŞ-a girişinə qadağa qoyduğu üçün mərasimə qatılmayaraq, bu qərarı boykot edib.

Onun göndərdiyi çıxış mətni kürsüdə səsləndirilib. Fərhadi məktubunda “Bu gün orada olmamağımın səbəbi öz ölkəmin insanlarına olan hörmətimdən qaynaqlanır. Trampın viza qadağası insanlığa sığmayan bir addımdır”, - deyib.

Qeyd edək ki, bu, Əsgər Fərhadinin qazandığı ikinci Oskar mükafatıdır.

Tarix
2017.02.27 / 10:03
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla