Yuxarı

Brüs Li Azərbaycanda - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tamaşaçıların intizarla gözlədiyi “Brat Li” bədii filmin təqdimat günü bəlli olub.

Layihənin mətbuat katibi Fuad Mədətov Trend-ə bildirib ki, “As Media” və “NR production”un istehsalçısı olan və bütün hüquqları adıçəkilən şirkətlər tərəfindən qorunan ekran işi 12 maydan etibarən Azərbaycan kinoteatrlarında yayımlanacaq.

Film “CinemaPlus - Ganclik Mall”, “CinemaPlus - 28 Mall”, “CinemaPlus - Aygun City”, “Nizami Kino Mərkəzi, “Azərbycan” kinoteatrı və Gəncə şəhərində yerləşən “CinemaPlus Xəmsə” kinoteatrında nümayiş olunacaq.

Məşhur döyüş ustası və aktyor Brüs Linin qüsursuz bənzəri olan Əfqanıstan vətəndaşı Abbas Əlizadə komediya və ekşn janrında olan “Brat Li” filmində eynilə Brüs Lini canlandırıb.

Ekran əsərində Azərbaycanın əməkdar artistləri Məlahət Abbasova, Sabir Məmmədov, Təvəkkül Əliyev, o cümlədən Azərbaycanın Fəxri Mədəniyyət işçisi Rüfət Nəzər, yumorist-aktyor İlkin Misgərli, rəqqasə Oksana Rəsulova, meyxana ifaçısı Oqtay Kamil, aktrisa Delya Fərəcullayeva, aktyorlar Nofəl Şahlaroğlu və Cavanşir Məhərrəmov rol alıblar. Həmçinin layihənin mətbuat katibi Fuad Mədətov da filmə çəkilib.

Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın səfalı bölgələrində çəkilən filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə, ideya müəllifi Ruslan İsmayılovdur.

Tarix
2017.04.25 / 21:26
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla