Yuxarı

Təbriz filmi “Fəcr”in bütün mükafatlarını aldı - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 21-dən 28-dək Tehranda keçirilən 35-ci Beynəlxalq Fəcr Film Festivalı bu gün öz işinə yekun vurub.

Kult.az xəbər verir ki, festivalın təşkilat komitəsi tədbirə 58 ölkədən 140 filmin qatıldığını açıqlayıb.

Fəcr Film Festivalında Rusiya, Fransa, Almaniya, Yaponiya, İsveç, Misir, Bolqarıstan, Polşa və başqa ölkələrlə yanaşı, Azərbaycan filmləri də nümayiş olunub.

Tədbirin sonunda müxtəlif nominasiyalar üzrə qaliblərə festivalın “Qızıl Simurq” “Gümüş Simurq”, “Bürünc Simurq” və pul mükafatları təqdim olunub.

Əsgər Yusifinejadın rejissorluğu ilə Azərbaycan tükcəsində çəkilən “Ev” filmi “ilin ən yaxşı kinosu” adına layiq görülərək , “Qızıl Simurq” və 400 milyon rial nağd pul mükafatı qazanıb.

Festivalın jüri heyəti “ilin ən yaxşı rejissoru” nominasiyasının qalibi və ən yaxşı ssenarist kimi də Əsgər Yusifinejadı seçib. Ona “ən yaxşı rejissor” kimi fəxri diplom və 50 milyon rial, ən yaxşı ssenarist kimi “Gümüş Simurq”, eləcə də 100 milyon nağd pul mükafatı təqdim olunub.

3 dəfə mükafat almaq üçün səhnəyə çağırılan Əsgər Yusifinejad “mükafatı Təbrizə təqdim edirəm” deyə, qısaca çıxış edib.

Festivalın sonuncu günündə mükafatların təqdim olunması mərasimində İranın Mədəniyyət və İrşad naziri Seyid Rza Salehi Əmiri, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif və bir çox rəsmi qurumların nümayəndələri, tanınmış incəsənət xadimləri, İran və xarici ölkələrin sinema sənətinin tanınmış simaları iştirak edib.

Ev filmi Təbrizli bir ailənin ağsaqalının ölməsi mövzusu haqda ssenaridi. Bir kişi dünyasını dəyişir. Ölməmişdən əvvəl onun meyitinin Universitetin tibbi araşdırmalarına verilməsini vəsiyyət etsədə onun qızı bununla razılaşmır. “ev” filmi bütün festival iştirakçılarını öz sujet xətti və peşəkar çəkilişi ilə heyrətlənməsinə səbəb olub.

Tarix
2017.04.28 / 18:32
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla