Yuxarı

Həyat yoldaşı Elməddindən niyə küsüb? - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Elməddin Cəfərov həyat yoldaşı ilə ilk dəfə necə tanış olması barədə danışıb.

Lent.az-a açıqlama verən aktyor bildirib ki, ilk sevgi etirafına görə həyat yoldaşı ilə bir neçə il küsülü olub: “Yoldaşım 4 il tələbə, parta yoldaşım olub. Xarakterinə, yanaşma tərzinə baxmışam, evlənmişəm. Həyatımda çox dəyər verdiyim, hicablı xanımdır. Allahını sevir, məni də sevir, dəyər verir. Bu da mənə bəs edər. Mənim üçün insan qarşısındakından çox, onun Allahını sevməlidir. Özü də məktəbdə direktor müavini işləyir. Ziyalı xanımdır. İlk dəfə ona sevgimi 1-ci kursda etiraf etdim və o buna görə məndən küsdü. Və 4-cü kursun dekabr ayında barışdıq. O, mənlə danışmırdı ki, bəs mən sənə parta yoldaşı, qardaş kimi baxıram. Mən də ona başa saldım ki, nə qardaş? Ayrı-ayrı familiyalardayıq. Amma sonda mənə şans verdi. Elçilər getdi, razılıq oldu”.

Aktyor bildirib ki, pərəstişkarlarına görə ailəsində qısqanclıqlar olur: “Səmimi deyəcəm, qısqanclıqlar olur. Bəzən ailəmlə film izləməyə gedəndə orada qız pərəstişkarlarım şəkil çəkdirmək istəyir, bəziləri çox səmimi olur, qoluma girirlər. Həmin məqamda yoldaşımın baxışlarına baxıram və öz-özümə deyirəm ki, axı burdan çıxıb evə gedəcəm. (gülür) Onsuz da mən dini baxışlarıma görə xanımlarla filmdə qucaqlaşma səhnələrinə çəkilmirəm. Bu mənim öz yanaşmamdır, digərləri necə yanaşır, özləri bilər. İllərdir bu qadağanı özümə qoymuşam. Bu qadağadan çıxdığım anlar olub. Yəni hansı komediya, səhnə qadınla əl-ələ tutub rəqs etməyi tələb edibsə, bunu etmişəm. Məcburiyyətdən olub. Bununla bağlı ailəmdə söz-söhbət də olub. Həmin situasiyadan susmaqla çıxmışam. Yəni mənim bir sıxıntılı tərəfim yoxdur ki, danışım, özümü vəziyyətdən çıxarım. Hər zaman susmuşam, çünki mən təmizəm. Buyur, istədiyin qədər danış, mən bilirəm ki, təmizəm. Bu olmalı idi, oldu, bitdi”.

Tarix
2017.04.29 / 00:01
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla