Yuxarı

Bakının eks-merinin nəvəsi ABŞ-da mükafat aldı - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçəri Şəhər” filmində rol alan əməkdar artist Firdovsi Atakişiyev ABŞ-ın 50-ci “Vorldfest Hyuston” Beynəlxalq Film Festivalında “Ən yaxşı ikinci plan kişi rolu”, aktrisa Təhminə Rafaella (Bədəlova) isə “Ən yaxşı qadın rolu” mükafatlarına nominant elan olunublar.

“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, film festivalda uğurla nümayiş olunub. Hyuston şəhərində keçirilən festivalda filmimizi Təhminə Bədəlova təmsil edib.

“İçəri Şəhər” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2016-cı ildə lentə alınıb.

Ekran əsəri ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalının (SEEfest) əsas müsabiqə proqramına dəvət alıb. Film Misirin 38-ci Qahirə, Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 8 beynəlxalq film festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə digər rolları Mehriban Zəki, Elmira Şabanova canlandırırlar.

Qeyd edək ki, filmin ideya və ssenari müəlliflərindən olan Təhminə Rafaella Bakının keçmiş meri Rafael Allahverdiyevin nəvəsidir.

Tarix
2017.05.01 / 16:29
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla