Yuxarı

Kann Kinofestivalı: Ən yaxşı film hansıdır? - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

70-ci beynəlxalq Kann Kinofestivalında az əvvəl nəticələr elan edildi.

Lent.az xəbər verir ki, “Ən yaxşı ssenari” nominasiyasında yunan rejissoru Yorqos Lantimosun “Müqəddəs maralın qətli” qalib olub.

Jürinin prizini rus rejissoru Andrey Zvyagintsev “Sevgisizlik” dramına görə qazanıb.

“Ən yaxşı aktrisa” nominasiyasında Fatih Akının “Heç yerdən” filmindəki roluna görə Diane Kruger, “Ən yaxşı kişi” rolu nomianasiyasında mükafatı isə Linn Remsinin “Sən heç vaxt burda olmamısan” ekran işindəki roluna görə Xoakin Feniks alıb.

Amerikalı rejissor Sofiya Koppola “Başdan çıxarılan” filminə görə “Ən yaxşı rejssor işi” mükafatına layiq görülüb.

Festivalın “Qran pri”sini fransız Roben Kampiyon “Dəqiqədə 120 zərbə” filminə görə qazanıb.

Kann Kinofestivalının 70 illiyi ilə bağlı mükafatlar aktyorlar Uill Smitə və Nikol Kidmana təqdim olunub.

Nəhayət, festivalın baş - Qızıl Palma Budağı mükafatını iscveçli rejissor Ruben Estlund “Kvadrat” ekran əsərinə görə alıb. Film Fransa, Amerika, Danimarka və İsveçin birgə istehsalıdır.

Festivalın əsas müsabiqəsinə məşhur ispan rejissoru Pedro Almodovar rəhbərlik edirdi.

Tarix
2017.05.29 / 00:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla