Yuxarı

Bu filmlərimiz İtaliyaya gedir – İlk dəfə

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 22-24-də İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək.

Kult.az xəbər verir ki, paytaxt Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində keçiriləcək festival Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), “Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, AGI informasiya agentliyinin, “Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə təşkil olunacaq.

Festivalın keçirilməsində məqsəd Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirmək, ölkəmizin zəngin kino mədəniyyətini İtaliyada təbliğ və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etməkdir.

Festivala iyunun 22-də “Əli və Nino” filminin nümayişi ilə start veriləcək. Açılışda filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulur. Sonrakı iki gün ərzində əlavə olaraq altı bədii (“Hökmdarın taleyi”, “Nabat”, “İçərişəhər”, “Pərdə”, “Yarımçıq xatirələr”, “Həddən artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) film italyan dilində alt yazılarla nümayiş olunacaq.

Tarix
2017.06.19 / 17:01
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla