Yuxarı

Azərbaycanlı aktyor türkiyəli ulduzlarla - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni sezonda işıq üzü görəcək filmlərdən biri də "Artlemma" film şirkətinin istehsalı olan "O quş bura gələcək" filmidir.

Trend-in məlumatına görə, filmin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri və Azərbaycanın tanınmış aktyoru Müşviq Şahverdiyev rol alıb.

Trend-ə açıqlamasında Müşviq Şahverdiyev bildirib ki, bu filmdən gözləntiləri həddən artıq çoxdur: "Bildiyiniz kimi "Kəklikotu" filmimiz uğurla başa çatdı. Planlamaya görə, oktyabrda həmin filmimiz kinoteatrlara daxil olacaq. Bütün komandanı təbrik edirəm. Sözügedən film bitən kimi ikinci filmə dəvət aldım. Əsas ofisi Türkiyədə yerləşən əziz qardaşım olan Təvəkkülün "Artlemma" şirkətinin istehsalı olan "O kuş buraya gelecek" filminin çəkilişlərinə start vermişik.

Komediya janrında olan bir filmdir. Ssenarini çox bəyəndim, aktyor heyətini də sevdim. Komandanın hər bir üzvü çox dəyərlidir. Tez bir zamanda qaynayıb-qarışdıq. Mənə ilk başlarda ən çətin gələn isə filmin türk dilində olmasıdır. Mənim də türkcəm olmadığı üçün onlara çətinlik yaradacağımı düşünürdüm, amma qısa zamanda türk dilini mənimsədim və hər şey yolunda getdi. Ssenarinin öhdəsindən uğurla gəlməyə başladım. Filmin çox uğurlu olacağını fikirləşirəm. Filmin Türkiyə bazarında yayımlanması mənim karyerama uğur qatacaq deyə düşünürəm. Türkiyədən yaxşı təklif gəlsə, təbii ki, qəbul edərəm".

Ufuk Özkan da, öz növbəsində, filmin çox möhtəşəm və uğurlu olacağını söyləyib: "Mən Azərbaycana ilk dəfə 2013-cü ildə gəlmişdim. "Zengin kız fakir oğlan" serialı zamanı burada çox tanınırdım. Məni çox yaxşı qarşıladılar. Buna görə hər birinizə minnətdaram. Bizə göstərdiyiniz sevgi, qayğı çoxdur. Bu flm təklifi də mənə gəlincə ssenari ilə tanış oldum və bəyəndim. Azərbaycanın məşhur aktyoru Müşviqin də rol alacağını öyrəndim. İlk başlarda Müşviqin ssenarini oxuyan zaman çətinlik çəkməsi məndə sual yaratdı ki, onunla alınacaqmı? Amma 3 gün sonra Bakıda səhnə çəkən zaman, sanki, Müşviq gedib, yerinə bir başqası gəlib. Çox səliqəli formada və professional şəkildə rolunu oynayır. Mən onun yerinə özümü qoysam, inanmıram ki, 3 günə o cür məsafə qət edim. Sizdə bir az texniki məsələdə çətinlik çəkirik. Amma rejissorumuz Xəyal Aslanzadə bizi çox yaxşı idarə edir. Sizdə bildiyim qədərilə film sektoru yeni-yeni inkişaf edir. Bizdə bu mərhələlər çoxdan keçilib deyə imkanlarımız çoxdur.

İnanıram ki, zamanla sizin film sektorunda da bu çətinliklər həllini tapacaq. Amma hər şeyə baxmayaraq, çox uğurlu film ortaya qoyacağımıza inanırıq. Təvəkkül, Elnur və Resana çox minnətdaram. Onlar bizim üçün hər şey etməyə çalışırlar ki, təki narazılıq olmasın. Bir sözlə, film haqda ağızdolusu danışmaq olar, həm də komandamız haqda. Tamaşaçılara səslənmək istəyirəm ki, çox bəyənəcəyiniz bir film olacaq. Mütləq izləməyinizi tövsiyə edirəm. Bu film uğurlu olduqdan sonra, inşallah, "O pişik bura gələcək" filmini də çəkərik".

Tarix
2017.08.14 / 22:05
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla