Yuxarı

Filmlərimizdəki məşhur uşaqlar indi hardadır? - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir vaxtlar kinolarımızda uşaq rollarının ifaçılarının indi harada olduqları və zahiri baxımdan necə göründükləri yəqin ki, çoxları üçün maraqlıdır.

Kult.az kinematoqrafiyamızın maraqlı uşaq obrazlarını təqdim edir:

Sevinc Axundova – “Ögey ana” filmində ağ bantlı, əlində cücə gəzdirən Cəmilə. S.Axundova hazırda musiqi sahəsində çalışır. Çoxsaylı tələbələri ilə var.

Cəmil Quliyev - “Alma almaya bənzər” filmində almanı tumu ilə bərabər yeyən Kərimov. Hazırda İctimai TV-nin baş direktorudur.

Elçin Şıxlı - “Dəli Kür” filmində mollaxana şagirdi rolunda çıxış edib. O, 2001-ci ilin yanvarından "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Bəxtiyar Məmmədov - “Yuxu” filmində Bədəl kimi yaddaşlara həkk olunan Səxavət Məmmədovun oğlu Bəxtiyar hazırda Azərbaycan Respublikasının İtaliyadakı səfirliyində çalışır.

Məryəm Seyidbəyli - “Telefonçu qız”ın Mehribanı. Hazırda tarix elmləri doktoru olan Məryəm Seyidbəyli AMEA-da çalışır.

İbrahim Ləmbəranski - “Şir evdən getdi” filminin Muradı, Əliş Ləmbəranskinin nəvəsi hazırda Pirahhahı rayonunun prokurorudur.

Tarix
2017.09.12 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla