Yuxarı

Etiraz edirsinizsə, baxmayın – Rejissor

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vicdan haqqı” serialını bitirib yeni seriala başladığım zaman tamaşaçıların etirazlarını nəzərə almadan həmişə işlədiyim aktyorlardan məsuliyyətli, işini sevən, tələbkar olan ilə yenə işləyəcəm.

Bu sözləri Kult.az-a son vaxtlar çəkilən yerli film və seriallarda təkrarlanan aktyor və aktrisa kütləsinə etiraz edənlərə cavab olaraq rejissor Rövşən İsax deyib. O bildirib ki, aktyorun bu il hansısa seriala çəkilib, gələn il başqasına çəkilməsində qəbahət heç nə yoxdur:

“Tamaşaçı etiraz edirsə, baxmasın. Tamaşaçı nəyə etiraz eləmir ki? Ekran qarşısında oturanda “mız” qoymağa detal axtarırlar. Filan şey belə keçdi, aktyorun düyməsi belə durmuşdu. Mən “Vicdan haqqı”nda bu sualları eşitməmək üçün iki aktyor xaric, digər aktyorlarla ilk dəfədir ki, işlədim. Azərbaycan televiziya kanalının sayı o qədər çox deyil ki, mən bu il bu kanalda çıxış edim, gələn il o biri kanalda. Tələb yaxşı aktyoradır. İllərdir çəkilməyən aktyor, deməli, sınaqdan keçməyib. Yəni tamaşaçı fərqli aktyor görsün deyə mən hökmən belə aktyorlar çəkməli deyiləm. Azərbaycanda serial çəkilişində məndən çox kastinq edən yoxdur. “Vicdan haqqı”ndakı İlham obrazına 18 aktyoru yoxlayıb, 19-cunu seçmişəm. Eləcə də o biri rollarda”.

Qeyd edək ki, sezonun başlaması ilə əlaqədar olaraq yeni serialların anonsları yayımlanıb. Seriallardakı aktyorların eyni simalar olması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Tarix
2017.09.12 / 08:15
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla