Yuxarı

Azərbaycanın “Səs”i dünyaya yayıldı - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında əsas mükafatı qazanıb.

Kult.az xəbər verir ki, “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında keçirilən festivala 61 ölkədən 782 film göndərilib. Bu filmlər içərisindən seçilən “Səs” filmi “ən yaxşı qısametrajlı bədii film” mükafatına layiq görülüb.

Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb.

Filmin mövzusuna gəlincə, gecələr ərinin amansız xorultularından yuxuya həsrət qalmış qoca qadın tədbir qılmağa çalışır. Ancaq istəmədən vəziyyəti daha da pisləşdirir.

Festivalda iştirak edən digər Azərbaycan ekran işi – Teymur Daiminin “Bu, sevgidir” filmi də “ən yaxşı qısametrajlı sənədli film” mükafatına layiq görülüb. Festivalın bağlanış gecəsi Azərbaycan filmlərinin möhtəşəm qələbəsi ilə yadda qalıb.

Tarix
2017.09.12 / 13:10
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla