Yuxarı

Çakırdan kürdlərlə bağlı film

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qurdlar Vadisi" serialı ilə məşhurlaşan aktyor Oktay Qaynarca kürd problemi ilə bağlı film çəkməyə hazırlaşır.

Axar.az xəbər verir ki, Oktay Qaynarca illərdir Türkiyənin gündəmindən düşməyən kürd məsələsinə aid sülhə xidmət edəcək film layihəsi üzərində işlər apardığını açıqlayıb.

Çəkəcəyi filmlə bağlı açıqlama verən aktyor bu sözləri deyib: "Layihəni gələn il həyata keçirəcəyik. Bu layihə mənim ən böyük xəyalımdır. İllərdir üzərində işləyirdim, xəyalını qururdum. Böyük layihədir. Bu, sülhə xidmət edəcək bir işdir. Əvvəlcə xalqlar barışmalıdır. Siyasətdən kənar cəmiyyətin öz içində barışı təmin etmək lazımdır. Buna görə bu mövzuda baş rolu da sənət oynamalıdır. Çünki sənətin belə bir sehri, gücü var. Bu günə qədər buna izn verilməyib, həmişə arxa plana salınıb, amma sənət bu məsələni həll edə bilər və mən də bu xeyirxah işin iştirakçısı olmaq istəyirəm. Ölmədən əvvəl bu işi görmək istəyirəm. Gələn yay çəkilişlərə başlayacağıq. Biz bu məsələnin harasındayıq, bizə bu problem necə başa salınır, harada səhv eləmişik, aramızdakı uçurumlar necə yaranıb, kimi bütün bu suallara cavab verən bir film olacaq".

Tarix
2014.06.14 / 17:10
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla