Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Sentyabr 2018


Fuad Poladov: Sevgilim, mən öləndə... - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.09.26, 14:44

Azərbaycanda kino, teatr sütunlarından biri...

Bənzərsiz aktyor, sadə, səmimi ziyalı...

Səsi, adı o qədər doğmadı ki, yaratdığı obrazlar da özü qədər sevilir, özü qədər doğmadı.

Xalq artisti 1948-ci il mayın 24-də Bakıda anadan olub. 10-cu sinifdən teatr dərnəyinə yazılıb. Elə bu addımıyla da həyatını səhnəyə bağlayıb. Köhnə Sovetskidə böyüyən aktyor ilk dəfə 1966-cı ildə “İstintaq davam edir" filmində oynadığı Səlim obrazıyla film dünyasına qədəm qoyub.

1 il sonra valideynlərinin icazəsi olmadan Azərbaycan Dövlət İncəsənət İnstitutuna sənədlərini verir. Dram və kino aktyorluğu fakültəsinə qəbul olunur.

O, çox sadədir. Xalqa bu qədər yaxın olan bir sənətkar insanların iliklərinə qədər işləyən unudulmaz obrazlar yaratmalı idi və yaratdı da...

Özünə, gücünə bələd olan Fuad Poladov “məni məndən yaxşı tanıyan yoxdur” - deyir.

Daha çox payız fəslinin vurğunu olan aktyor yarpaqların rəngarəngliyini sevir. Onun bu sevgisi oynadığı obrazların rəngarəngliyində də özünü göstərir. İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” əsərində Rəhman, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” əsərində Cığatay, “Qəribə oğlan” əsərində Valeh, Əli Əmirlinin “Şah Qacar” əsərində Şah Qacar, Məmməd Səid Ordubadinin “Qılınc və Qələm”əsərində Nizami və digər rolları yüksək səviyyədə ifa edib.

Gündəmdə olmaq, mətbuatda görünmək naminə müsahibə verməyi sevməyən Fuad Poladov “Ad günü”, “Qayınana”, “Güllələnmə təxirə salınır” kimi bir çox maraqlı ekran işində rol alıb.

Aktyorun necə hərtərəfli şəxsiyyət olduğunu onun oynadığı obrazlarda da görmək olar. O, bəzən Şah Qacar kimi zəhmli, bəzən də Nizami kimi nurani ola bilir.

Fuad Poladov hər şeydən əvvəl sənət aşiqidi. Özünün dediyi kimi: “Sənətdə dayanmaq yoxdu. Dayandınsa, yıxılacaqsan. Ruhən hiss olunan şey var. El bil, hansısa mərhələdə anlayırsan ki, çəkilmək lazımdı. Məsələn, mən 25 yaşında düşünürdüm ki, 50 yaşında səhnəyə çıxmaq olarmı? Yaş ötdü, hələ də səhnədəyəm”.

Fuad Poladov mərdliyi, möhkəmliyi, düzgünlüyü özündə birləşdirən azsayılı sənətçilərimizdəndi. O, daim gənclərə dəstək olur. Həm bir ustad, həm də ağsaqqal yol göstərir.

1987-ci ildə xalq artisti adına layiq görülən aktyor daha sonra bir sıra nominasiyaların qalibi olub. Fuad Poladov “Aktrisa” filmindəki obrazına görə ən yaxşı kişi rolunun ifası nominasiyasında Qızıl Pəri mükafatını alıb.

Tamaşaçı üçün hər zaman sirlər xəzinəsi kimi görünən məşhur aktyorun qorxusu da çox qəribədi. O heç vaxt yataq xəstəsi olmağı xəyalından belə keçirmək istəmədiyini və bunun özü üçün ən böyük dərd olacağını bildirir:

“Atam 10 ildən artıq yataq xəstəsi olub. Ona anamla mən qulluq eləmişik. Yataq xəstəsi olmaq çətindi... Yatağa düşməkdən qorxuram. Kaş Allah aparanda qəfil apara”.

Akademik Milli Dram Teatrında son dəfə “Müsyo İbrahim və Quran çiçəyi” adlı tamaşada səhnəyə çıxan aktyorun çıxışı böyük anşlaqla qarşılanır. Bu anşlaq ən yüksək pillələri fəth edən xarizmatik və bir o qədər mütəfəkkir aktyora sevginin əsl göstəricisiydi. Bu sevgi indiyə qədər insanların qəlbində yaşayır və heç vaxt ölməyəcək.

Aktyorun təkcə rolları deyil, səsləndirdiyi şeirlər, qiraəti də sevilir.

Hazırda Fuad Poladovun səs tellərində bədxassəli şiş olması barədə məlumat yayılıb. Hər kəsi sehrləyən ecazkar səs... o bizi səsinə həsrətmi qoyacaq?

Xəstəliyi arxada qoyub yenidən səhnəyə qayıdıcaqmı?

Qayıdacaq? Axı getməyib, getməyəcək...

O, bunca sevginin əbədiliyində - qəlbimizdədi.

VƏ DAİM YAŞAYACAQ...

Tarix
2018.05.05 / 09:48
Müəllif
Ülkər, Ömər
Şərhlər
Загрузка...
Digər xəbərlər

Hind geyimində azərbaycanlı aktyorlar – Serial gəlir

Məşhur hind aktrisa Bakıdan paylaşım etdi - Video

Bakıda Rusiya kino həftəsinin açılışı oldu - Foto

Bakıda Rusiya kino həftəsi başlayır

Rac Kapurun kinostudiyası satışa çıxarıldı

"Yeddi oğul istərəm"ə plagiat iddiası: Rejissorun cavabı - Video

Dünyanın ən çox qazanan aktyorları - Siyahı

Leyla Novruzi Bakıda münsif olacaq

Türkiyənin bu filmi “Oskar”a namizəd göstərildi

Mövlud Mövluda həsr edilən qısa film - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla