Yuxarı

Əfsanəvi aktyorun ağır və möhtəşəm həyat yolu - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda “Minilliyin aktyoru” adını qazanmış Amitabh Baççanın 75 yaşı tamam olur. Azərbaycanda da çox sevilən aktyor ötən əsrin 80-ci illərində hind siyasi aləminin də əsas simalarından biri sayılırdı. Onun deputat olduğu dörd il ərzində hind siyasi səhnəsindəki çıxışları böyük rezonans doğurmuşdu.

Kult.az xəbər verir ki, Baççanın sənət yolu keşməkeşli olub. Kəlküttədəki ağır işini atıb, Bombeyə - Hindistanın kino Kəbəsinə gəlir. Bu zaman onun 30 yaşı vardı. Rədd cavabları, təhqirlər, müvəffəqiyyətsizliklər bir-birinin ardınca onu təqib edir. Baççan ümidini üzmür, heç vaxt Kəlküttəyə - öz adi, boz günlərinə dönməyəcəyinə qəti söz verir.

Tanınmış jurnalist, astroloq Səbuhi Rəhimli də hind kinosunun ulduzu ilə bağlı fikirlərini bölüşüb:

“Şəxsi həyatında özü mülayim, sakit, qapalı adam olan Amitabh ekranda biri digərindən amansız, sərt və qətiyyətli obrazları necə yarada bildi? Əlbəttə, bu, bir sehrdir, sirdir.

Amitabh Baççan “Yunayted Prodyuser”in aktyor müsabiqəsində “istedadsızlığına görə” müvəffəqiyyətsizliyə uğrayanda, bəlkə də kinodan həmişəlik olaraq əlini və ümidini üzmüşdü. Lakin... onun alnına tale, görünür, ürəyinin istəklərini qabaqcadan yazıbmış.

A.Baççanın çəkildiyi ilk filmlər uğursuz olur. “Anand” filmi xülya təsiri bağışlayır, “Yeddi hindu” gəlir gətirmir. Çünki Baççan romantik qəhrəman ampulasına sığışmırdı. Bir-birini əvəz edən məğlubiyyət, məğlubiyyət... Təsadüfən, Prakaş Mehra onu öz yeni filminə - “Zəncir” melodramına götürür, aktyor ilk dəfə öz məşhur rolunu – “acıqlı gənc oğlanı” oynayır. Bu obraz Baççanın qarşısında şan-şöhrətin bütün qapılarını taybatay açır.

Sonralar “Divar”, “Qisas və qanun”, “Tufan” və digər filmlərdə həmin “acıqlı insanın” müxtəlif simalarını ifa edir. Az vaxtda Amitabh Baççan hind kinosunun ən əlçatmaz zirvəsinə çevrilir. Kinematoqraflar onun barəsində təsadüfən demirdilər: “Baççan indi Allaha ulduzlardan daha yaxındır”.

Məşhur kino ulduzu ekran zəfərinə öz sağlamlığını qurban verdi. Uzun illər sarılıq xəstəliyi, xroniki astma, kontuziya ilə bağlı həkimə müaricət edib. Hətta 1982-ci ildə Baççan həddən ağır cərrahi əməliyyata da məruz qaldı. Demək olar ki, təsadüfən sağ çıxdı. O, artıq iyirmi ildir siqaret çəkmir, içki içmir, hətta ət xörəkləri də yemir”.

Qeyd edək ki, Amitabh Baççan 1942-ci il oktyabrın 11-də anadan olub.

Tarix
2017.10.12 / 00:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla