Yuxarı

"Əli və Nino" Pakistanda - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə İslamabad şəhərində “Əli və Nino” filminin təqdimatı keçirilib. Pakistan Milli İncəsənət Şurasının salonunda təşkil olunan mərasimdə bu ölkənin xarici işlər nazirinin müavini, xarici işlər katibi vəzifəsini icra edən Eytizaz Əhməd, xarici dövlətlərin diplomatik korpusunun nümayəndələri, səfirliyimizin əməkdaşları, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, tələbələr və jurnalistlər iştirak ediblər.

Axar.az xəbər verir ki, mərasimdə Azərbaycanın səfiri Əli Əlizadə çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın filmin icraçı prodüseri olduğunu bildirib. Səfir ekran əsərinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və 1918-ci ildə müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.

Əli Əlizadə xalqımız tərəfindən yaradılan tarixin yaddaşlardan silinmədiyini və 71 il sonra Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdiyini diqqətə çatdırıb. Səfir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü günü ərəfəsində “Əli və Nino” filminin təqdimatının Pakistanda keçirilməsinin sevindirici hal olduğunu, bu 26 il ərzində dost və qardaş ölkə ilə münasibətlərin daim inkişaf etdiyini və möhkəmləndiyini qeyd edib.

Filmin maraqlı məqamlarına toxunan səfir azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında yaranan sevginin, onların müstəqil Azərbaycan uğrunda birlik və həmrəylik nümayiş etdirməsinin ekran əsərində mükəmməl təsvir edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, dini və etnik fərqə baxmayaraq, Əli və Ninonun çətinliklərə sinə gərib ailə qurması Azərbaycan xalqının birlik, həmrəylik və tolerantlıq mədəniyyətinin təcəssümüdür.

Eytizaz Əhməd filmin təqdimatı və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə təbrikini ifadə edib, iki dost və qardaş ölkə arasında səmimi və dərin münasibətlərin bərqərar olduğunu vurğulayıb. Eytizaz Əhməd ötən 26 ildə Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni sahədə xeyli inkişaf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyin daha da möhkəmləndiyini bildirib.

Daha sonra “Əli və Nino” filmi nümayiş etdirilib. Filmin müxtəlif epizodları, o cümlədən gənclərin çətinlikləri dəf edərək bir-birinə qovuşması, azərbaycanlıların vətəni müdafiə uğrunda mübarizəyə qalxması, xüsusilə də çox sevdiyi ailəsini belə müstəqillik yolunda fəda edən Əlinin şəhid olması səhnələri iştirakçıları xeyli duyğulandırıb. Filmin Pakistanın digər şəhərlərində də nümayiş etdirilməsi nəzərdə tutulur.

Tarix
2017.10.17 / 22:49
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla