Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Yanvar 2018


"Dörd baş" komediyasından ilk görüntülər - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dörd baş” adlı yeni kinokomediyanın ilk tizeri yayımlanıb.

Publika.az-ın verdiyi məlumata görə, filmdəki hadisələr qeyri-adi yuxudan başlayır və gerçək həyata keçir. Özünü molla kimi təqdim edən fırıldaqçı həbsxanaya düşür. Filmdə din adından istifadə edən fırıldaqçı mollalar tənqid atəşinə tutulur.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi Natiq Novruzov, quruluşçu operatoru Fahir Səmədoğludur.

Kinokomediyada aktyorlar Azər Axşam, Nofəl Şahlaroğlu, Natiq Aslan və Ceyhun Məmmədov çəkiliblər.

“Bu kinokomediyada həm qrotesk, həm yumor, həm epataj, bir sözlə komediyaya xas olan hər şey var. İnanıram ki, film qısa müddətdə tamaşaçı rəğbəti qazanacaq. Filmdə maraqlı və sətiraltı mənalar var. Bütün tamaşaçıları yaxın vaxtlarda kinoteatrlarda gözləyirik”, - bunu filmin rejissoru Natiq Novruzov deyib.

Xatırladaq ki, “Dörd baş” kinokomediyası yaxın vaxtlarda ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq.

Tarix
2017.11.05 / 13:22
Müəllif
Kult.az
Şərhlər
loading...
Digər xəbərlər

Arzu Əliyevanın filmi Los-Ancelesdə nümayiş olundu

Şevarnadze bu azərbaycanlıya “böyük aktyor” demişdi - Axar TV

Azərbaycanlı model türk filmlərində rol alacaq - Foto

Azərbaycanın “Nar bağı” Sofiyada - Foto

Xalq artisti vəfat etdi

Ölümündən sonra “İsmayıl”ın cibindən nə tapılmışdı? - Axar TV

Ömərova təhqirlərə cavab verdi: Alçaq, vicdansız...

Qulyabanı Azərbaycan kəndində üzə çıxdı - Video

Milli Qəhrəmanlarımız haqda filmlər təqdim edildi - Foto

Azərbaycan filmi beynəlxalq mükafat qazandı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla