Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 İyul 2018


Rasim Balayevin bu obrazı əlindən alınıb

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Moderator.az-a istinadla məşhur aktyorlarımızın əlindən alınan rollarla bağlı məlumatı təqdim edir:

Mirzə Babayev - Məşədi İbad. Üzeyir bəy Hacıbəylinin məşhur operettasının motivləri əsasında çəkilən “O olmasın, bu olsun” filmində Məşədi İbadı əslində müğənni Mirzə Babayev oynamalı imiş. 1956-cı ildə lentə alınan filmdə teatrda Məşədi İbadı ustalıqla oynamış Mirzağa Əliyev dünyasını dəyişdikdən sonra rejissor Hüseyn Seyidzadə bu rola kimi çəkəcəyini bilmir. Müğənni Mirzə Babayev sınaq çəkilişlərinə dəvət edilir. Rejissor tərəfindən bəyənilsə də, Bədii Şura onu peşəkar aktyor olmadığı üçün bu filmə dəvət etmir. Baxmayaraq ki, müğənni buna qədər bir neçə filmə çəkilmişdi. Rejissor ona qəti “yox” demir. Bu məqamda Hüseyn Seyidzadənin heç ağlından keçməyən bir aktyor Əliağa Ağayev sınaq çəkilişlərinə gələrək özü rejissordan sınanmasını xahiş edir. Əliağa Ağayevi sınaq çəkilişlərinədə bəynir və filmə dəvət edirlər. Mirzə Babayev də işsiz qalmır. Belə ki, filmdə Məşədi İbadın oxuduğu musiqiləri o səsləndirir.

Rəşid Behbudov – Sərvər. Həmin filmin digər əsas obrazı olan Sərvəri də əslində Arif Mirzəquliyev yox, böyük müğənni Rəşid Behbudov ifa etməli imiş. Həm rejissor, həm də Bədii Şura Rəşid Behbudovu təsdiqləyir. Hətta ona gələn təbrik məktublarında müğənnini ərkyana Sərvər də adlandırırlar. Vəziyyət isə əksinə olur. Ssenari ilə tanış olan R.Behbudov qətiyyətlə roldan imtina edir. Səbəb kimi isə özünü bu rol üçün yaşlı sayır. Bildirir ki, “Sərvər gimnaziya tələbəsidir, gəncdir, mən artıq onun üçün qocayam”. O zaman Behbudovun yaşı 40-a çatırdı.

Nodar Şaşıqoğlu - Beyrək. “Uzaq sahillərdə” filminin məşhur “Mixaylo”su Nodar Şaşıqoğlu “Dədə Qorqud” filminin əsas qəhrəmanlarından biri olan Beyrək rolu üçün təsdiqlənmişdi. Amma biz təbii ki, Beyrəyi Rasim Balayevin canlandırdığını bilirik. Aktyorun “vizit kartı” olan rollardan biri də məhz Beyrəkdir. Amma maraqlı məqam budur ki, filmin rejissoru Tofiq Tağızadə ilə Nodar Şaşıqoğlu yaxın dost idilər. Tofiq Tağızadədə birmənalı şəkildə öz komandasına, yaxın ətrafına sadiqlik hər zaman seçildiyindən o aktyora Beyrək obrazını təklif edir. Artıq çoxları Beyrəyin məhz “Mehdi Hüseynzadə”nin oynayacağını gözləsə də, son anda Bədii Şura Nodar Şaşıqoğludan imtina edir. Elə Beyrək üçün lazım olan aktyoru da özü rejissora təklif edir. Bu Beyrək rolunun sınaq çəkilişlərində Tofiq Tağızadənin bəyənmədiyi Rasim Balayev olur.

Rasim Balayev - Cəlal .Tofiq Tağızadə ilə Rasim Balayev arasında anlaşılmazlıq təkcə bu filmlə bitmir. Hamının izlədiyi məşhur “Yeddi oğul istərəm” filmində əsas personajlardan biri olan Cəlal üçün rejissor Kamil Rüstəmbəyov Rasim Balayevi təsdiq edir. Lakin sonradan film ondan alınır və Tağızadəyə verilir. Tağızadənin də yuxarıda adını çəkdiyimiz şakəri burada da işə düşür. O yenidən öz komandasında olan aktyorlardan Ənvər Həsənovu Cəlal üçün təsdiqləyir. Rüstəmbəyovun seçdiyi Rasim Balayev isə ümumiyyətlə filmdən kənarda qalır.

Adil İsgəndərov - Teymurləng. “Nəsimi” filmində konfliktin ikinci əsas tərəfi sayılan Teymurləngi mərhum aktyor Yusif Vəliyevin oynadığını bilirik. Lakin bu rolu əslində o zaman Kinostudiyanın direktoru vəzifəsində çalışan Adil İsgəndərov oynamalı imiş. A.İsgəndərov Yusif Vəliyevə dəstək olmaq üçün özü bu roldan imtina edib.

Əbdül Mahmudov - Nəsimi. Həmin filmin digər dəyişən aktyoru isə Əbdül Mahmudovdur. Əbdül Mahmudov o zaman hətta bu rol üçün təsdiqlənmişdi də. Lakin rejissor qrupu qəflətən heç bir filmə çəkilməyən və tanınmayan gənc aktyor Rasim Balayevi kəşf edir və onu sınaqlara dəvət edirlər. Rejissor Həsən Seyidbəyli özünü riskə ataraq, əsas rolu Rasim Balayevə həvalə edir. Əbdül Mahmudov isə Dərviş rolunda qalır.

Nərgiz Cəlilova - Telli. “Bəyin oğurlanması” filmində Firəngiz Mütəllibovanın ifa etdiyi qrimçi qız Telli obrazı hamının xatirindədir. Əslində o rolu telejurnalist Nərgiz Cəlilova oynamalı imiş. Çünki rejissor Tofiq İsmayılov Telli üçün bu iki xanımı çəkilişlərə dəvət edir və üstünlüyün daha gənc olan Nərgiz Cəlilovaya veriləcəyi söylənilirdi. Lakin rejissorun dəyişməsi ilə aktyor heyətinin əksəriyyəti də dəyişilir.

Ceyhun Mirzəyev – Ayaz. “Qayınana” filmində Cənnət xalanın oğlu Ayazı əslində Fuad Poladov yox, mərhum Ceyhun Mirzəyev oynamalı imiş. Rejissor Həsən Seyidbəyli də onu filmə təsdiq edibmiş. Lakin son anda Bədii Şura Ceyhun Mirzəyevlə razılaşmır. Səbəb kimi isə onun nisbətən kök olmağını göstərirlər. Yəni ssenariyə əsasən, Ayaz arıq biri olmalı imiş.

Hamlet Xanızadə - Nizami. Eldar Quliyevin lentə aldığı “Nizami” filmində əsas rol üçün iki şəxs arasında seçim etməli olurlar. Onlardan biri artlq kinoda özünü təsdiqləmiş əməkdar artist Hamlet Xanızadə, o biri isə məşhur müğənni Müslüm Maqomayev idi. Peşəkarlıq baxımından üstünlük Xanızadəyə verilir. Lakin rejissor hələ də tərəddüd edir. Müslüm Maqomayevin təsdiqi isə çox qəribə bir əhvalatla bağlıdır. Eldar Quliyevin yanına getdiyi, görücü, ruhçağıran guya Nizami Gəncəvinin ruhu ilə danışır və dahi şair Müslümün çəkilməsini istəyir. Eldar Quliyev kimi rus təfəkkürlü, praqmatik bir adamın bunu danışması eşidənləri az qala deyilənlərə inandırır.

Qeyd edək ki, jurnalist Ulduzə Qaraqızı özünün “Azərbaycan kino tarixindən” adlı monoqrafiyasında, kinoşünas Aydın Kazımzadə isə bir neçə kitabında belə faktlar barədə söhbət açıb.

Tarix
2017.11.19 / 20:32
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Hörümçək adam”ın yaradıcısı öldü

İlham Əliyev filmə çəkildi - Video

Sağ ikən heykəli qoyulan yeganə azərbaycanlı – Müsahibə

Türkan Şoraydan sevənlərinə pis xəbər: Bir daha...

"Çalıquşu"nun Kamranı haqda şok məlumatlar - Video

Məşhur polkovnikə həsr olunan film təqdim edildi - Foto

Şəhid polkovnikə həsr edilmiş filmin təqdimatı olacaq

Ərəb serialında Ərdoğana qarşı kadr

Azərbaycanlı kaskadyor prezident qızının filmində

Kanter öz ölümünü videoya çəkdi: dəhşət...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla