Yuxarı

Film Festivalının qalibləri açıqlandı - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə keçirdiyi Film Festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Kult.az xəbərə verir ki, mərasimdə çıxış edən Kinematoqrafçılar İttifaqının birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev festival haqqında geniş danışıb. C. Quliyev bildirib ki, festivalda Şuranın dəstəyi ilə QHT-lərin 2008-2016-cı illərdə hazırladığı 100-ə qədər film iştirak edib. Peşəkar kino mütəxəssislərindən ibarət münsiflər heyəti festivala təqdim edilən ekran əsərlərindən birinci, ikinci və üçüncü yerin qalibi olan, diploma və Şuranın xüsusi mükafatına layiq görülən filmləri seçib:

“Festivala təqdim edilən ekran əsərləri Kinematoqrafçılar İttifaqının üzvü olan peşəkar kino mütəxəssilərindən ibarət münsiflər heyəti tərəfindən seçilib. Festivalda həyatın müxtəlif sahələrini əhatə edən ekran əsərləri yarışıb. Yüzədək filmin qatıldığı festivaldakı ekran əsərlərinin əksəriyyəti sənədli filmlərdir. Bu filmlər böyük zəhmət hesabına çəkilib. Biz çalışdıq ki, filmlərin çəkilişində əməyi olan insanları qiymətləndirək”.

Şura sədri, deputat Azay Quliyev festivalın əhəmiyyətindən danışaraq bildirib ki, Şuranın maliyyə dəstəyi ilə QHT-lərin ölkəmizin milli maraqlarının ölkədə və beynəlxalq aləmdə təbliği, habelə ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə təşkil olunub. Şura sədri deyib ki, müharibə bu gün yalnız qoşunların təmas xəttində deyil, həm də informasiya müstəvisində gedir:
“Cənab Prezident İlham Əliyev bizə bütün istiqamətlərdə hücum taktikası mövqeyi seçməyi əmr edib. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, xüsusi ilə erməni vandalizminin ifşasi, soyqırım həqiqətlərinin dünyada tanıdılması sahəsində həyata keçirdiyi işlər hər birimiz üçün böyük nümunədir. Bu cəhətdən vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük vəzifələr düşür. QHT-lər dövlət siyasətinin həyata keçirilməsinə davamlı olaraq dəstək verirlər. Şuranın dəstəyi ilə QHT-lər ötən illər ərzində vətənpərvərliyin, milli maraqlarımızın müdafiəsi ilə bağlı xeyli filmlər hazırlayıblar. Onlar yalnız ölkədə nümayiş etdirilmir, xarici auditoriyalarda da Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə də töhfələrini verirlər”.
Mərasimin sonunda festivalın qalibi olan filmlərin adları açıqlanıb. “25 ilin akkordları” filmi festivalın xüsusi mükafatına layiq görülüb. “Uçmaq istəyirəm” filmi birinci, “Əsgər atası” filmi ikinci və “Günahkarlar və günahsızlar” filmi isə üçüncü yeri qazanıb. Digər 11 ekran əsərinə festivalın diplomları təqdim olunub.

Tarix
2017.11.24 / 22:57
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla