Yuxarı

“Yanlış anlama”: Azərbaycan lağa qoyulur? - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son bir neçə həftədir ki, “Yanlış anlama” filmi Türkiyə və Azərbaycan tamaşaçısının müzakirəsindədir. İki ölkənin ortaq işi hesab olunan film yaxın günlərdə ekranlara çıxsa da, heç də hər kəs tərəfindən birmənalı qarşılanmayıb.

Komediya filmi Türkiyənin “Dada produksion” şirkətinin dəstəyi ilə çəkilib. Məlumat üçün bildirək ki, filmdə Türkiyədə maddi baxımdan problemlərlə üzləşən bir ailənin başına gələnlərdən bəhs edilir. Ailə Azərbaycandan onlara qalan mirasa görə İstanbuldan Bakıya gəlir. Azərbaycana gələn türkiyəli ailə burada dilimizdə olan bəzi sözlərin türkcədə başqa anlam verməsi üzündən müxtəlif komik situasiyalara düşürlər. Film də bu hadisələr üzərində qurulub.

Maraqlıdır, film haqqında kinoşünaslar necə düşünür?

Kinoşünas Aygün Aslanlı Kult.az-a bildirib ki, bu kommersiya filmidir və onun uğurlu olub-olmaması gətirdiyi gəlirlə ölçülür, sənət meyarları ilə yox:

“Bu bir kommersiya filmidir. Sənətin bir qolu hesab olunur. Burada şərtilik əsas götürülür. Yəni “hər şey reallıqda necədirsə, elə də olmalıdır” deyə bir anlayış yoxdur. “Yanlış anlama” filminin sujeti Türkiyədə və Azərbaycanda deyilişi eyni olub, ancaq ayrı mənalar verən sözlərin üzərində qurulub. Burada qeyri-adi heç nə yoxdur”.

Kinoşünas filmdə istifadə edilən, ancaq Azərbaycan dilində olmayan “sok” (meyvə şirəsi) sözünə də münasibət bildirib:

“Bu söz ana dilimizdə olmasa da, restorana gedəndə və ya haradasa əyləşəndə ofisianta adətən “mənə sok gətirin” deyirik. Eləcə də “yaraq” sözü. Hazırda dilimizdə işlənməsə də, leksikonumuzda bu söz var. Film çəkilərkən də bunlardan istifadə olunub”.

A.Aslanlı hesab edir ki, müəlliflər filmdə bütün diqqətli sözlərə verdiyinə görə, digər vacib aspektləri unudublar:

“Filmin keyfiyyətinə gəlincə, əlbəttə, qüsurları çoxdur, ilk növbədə ssenari daha yaxşı işlənə bilərdi, aktyorlar daha yaxşı seçilə bilərdi. Buna baxmayaraq, tamaşaçı baxırsa, gülürsə, biletə pul verirsə, deməli, uğurlu filmdir”.

Kinoşünas Sevda Sultanova isə hesab edir ki, “Yanlş anlama” tualet yumoru üzərində qurulub. S.Sultanova Kulis.az-dakı məqaləsində qeyd edib ki, iki xalqın mədəniyyətini, ortaq və fərqli nöqtələrini bir araya gətirən film çəkilirsə, heç olmasa, ssenaristlərdən biri azərbaycanlı olmalıydı:

“Düzdür, filmdə hansısa ortaq mədəniyyətin və ya iki xalq arasında hansısa fərqləndirici xüsusiyyətin əks olunmasından söhbət gedə bilməz. Çünki ssenari daha bəsit, yüngül, hətta başdansovdu yazılıb.

Ssenarist, ümumiyyətlə, Azərbaycanı tanımır. Onun bilgisizliyi üzündən material daha çox türklərin yanlış anladığı bir neçə məşhur sözün üzərində (“sok” - hərçənd, dilimizdə belə kəlmə yoxdur, ruscadan gəlmədir, türklərdə isə seksual anlamda işlədilir, “sümük” - onlarda burundan axan mayeni, “adi” – şərəfsizliyi ifadə edir və s) qurulub”.

S.Sultanova bildirib ki, aktyorlar ssenariyə baxıb onu illüstarsiya ediblər:

“Bununla belə, film geniş tamaşaçı kütləsi toplaya bilib. Mən olduğum seansda zalın yarıdan çoxu doluydu. “Yanlış anlama” tamaşaçı düşüncəsinə nəsə vermir, sadəcə, beyin üçün saqqız rolunu oynayır”.

Tarix
2017.11.28 / 11:55
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla