Yuxarı

Milli Qəhrəmanlarımız haqda filmlər təqdim edildi - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 16-da Binəqədi Mərkəzi Mədəniyyət Evində xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Binəqədi Mərkəzi Mədəniyyət Evində Milli qəhrəmanlarımız Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyevə həsr edilmiş “Laçın qartalı” və “Şərəfli ömrün manifesti” adlı səədli filmlər nümayiş olunub.

Kult.az xəbər verir ki, rejissor İltifat Hacıxanoğlunun öz ssenarisi əsasında lentə aldığı ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Aynur Nalbənd, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Muradzadə, Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, həmçinin “N saylı” hərbi hissənin əsgər və zabit heyətinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Həsənov çıxış edərək 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, igid oğullarımızın respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışıb.

Məlumat verilib ki, Oqtay Güləliyev 1962-ci il noyabrın 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Laçın polisindəki fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də erməni işğalçılarına qarşı əməliyyatlarda iştirak edib.

Onun Laçın dəhlizini düşmənlərdən geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla baş tutub, beləliklə, Gorus-Şuşa yolu nəzarətə alınıb. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb. 1992-ci il oktyabrın 11-də Hoçaz yüksəkliyində gedən döyüşdə əsgərləri təhlükəsiz yerə keçirə bilsə də, qəhrəmancasına həlak olub. 1993-cü il mayın 11-də Oqtay Güləliyevə Milli Qəhrəman adı verilib.

Pəhləvan Fərzəliyev 1958-ci il sentyabrın 27-də Füzuli rayonunun Dilağarda kəndində anadan olub. O, 1990-cı ildən doğma rayonunda polis zabiti kimi xidmətə başlayıb. Füzuli rayonunun erməni silahlılarının hücumundan müdafiəsində şücaət göstərib. 1992-ci il aprelin 11-də Qacar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin il sentyabrın 8-də Milli Qəhrəman adına layiq görülüb.

Sonda çıxış edən filmin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu mənfur erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi əməllərə qarşı qəhrəmanlarımızın göstərdiyi mübarizədən danışıb və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından bu kimi ekran əsərlərinin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Tarix
2018.01.16 / 17:13
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla