Yuxarı

Ömərova təhqirlərə cavab verdi: Alçaq, vicdansız...

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Həmidə Ömərova “Ata ocağı” serialında oynadığı Şəfiqə obrazına görə onu təhqir edənlərə cavab verib.

Kult.az xəbər verir ki, Həmidə Ömərova İnstaqram hesabında izləyicilərinə “Siz olsaydınız, qatilin qızını evinizdə gəlin saxlayardınız?” sualı ilə müraciət edərək, onu və digər aktyor dostlarını roluna görə təhqir edənləri qınayıb:

“Ay Şəfiqəni qınayanlar, sizə sual verirəm: siz olsaydınız, qatilin qızını evinizdə gəlin saxlayardınız? Qatilin qızı ilə heç nə olmamış kimi rəftar edərdiniz? Şəfiqəni qınamayın, balası dünyasını dəyişib. Bala dərdini Allah heç kimə göstərməsin. Valideynləri və övladları biz seçmirik. Bənövşə də xoşbəxt olmaq istəyirdi. Həyatda kim aldanmır ki? Siz hamınız xoşbəxtsiniz, bəxtəvərsiniz, heç vaxt aldanmamısınız? Alçaq, vicdansız adamlarla rastlaşmamısınız? Xahiş edirəm ki, nə məni, nə başqa aktyorları təhqir edəsiniz. Biz yalnız ssenaridə yazılan rolumuzu oynayırıq. Hansısa rol əsəbinizə toxunursa, baxmayın və bizi təhqir etməyin. Bu, ən azından mədəniyyətsizlikdir. Şəfiqənin hərəkətlərinin əndazədən çıxdığını deyirsiniz. Özünüz təhqir yazanda əndazədən çıxırsınız. Şəfiqə ancaq roldur. Tamaşaçı olaraq tənqid edin, fikrinizi bildirin, amma təhqirə keçməyin. Mən Şəfiqə deyiləm, Həmidəyəm. Sizin aktrisayam və həmişə sizə minnətdar olacağam”.

Tarix
2018.01.19 / 16:24
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla