Yuxarı

Azərbaycanın “Nar bağı” Sofiyada - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sofiyanın Kino Evində Menar Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar filmi gecəsi təşkil olunub.

Kult.az xəbər verir ki, gecədə Milli Məclisin üzvü Ağacan Abıyev, İvan Vazov adına Milli Teatrın direktoru Marius Donkin, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov, Bolqarıstan Xalq Məclisinin əməkdaşları, Bolqarıstanın digər dövlət və özəl qurumları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək, bu ilin Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu söyləyib. O bildirib ki, cari ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100, müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının 110, milli teatrımızın 145 və kinematoqrafiyamızın 120 illik yubileyləri qeyd olunacaq. Diplomat əlavə edib ki, səfirlik il ərzində bu əlamətdar tarixləri bolqar tərəfdaşlarla birgə müxtəlif tədbirlər vasitəsilə həyata keçirəcək.

Daha sonra festival çərçivəsində İlqar Nəcəfin “Nar bağı” filmi nümayiş olunub. Film izləyicilərin böyük marağına səbəb olub.

Filmin nümayişdən sonra səfir Nərgiz Qurbanova Bolqarıstan Milli Radiosuna müsahibə verib. Festivalın bolqar cəmiyyətinin ölkəmizin kino sənəti barədə məlumatlandırılması baxımından rolunu yüksək qiymətləndirən diplomat Azərbaycan kinematoqrafiyasının tarixi barədə məlumat verib.

Qeyd edək ki, festival bolqar cəmiyyətinə İslam dünyasının mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradır. Menar Film Festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. Ötən il ölkəmiz sözügedən festivalda “Qırmızı bağ” və “Şəhər motivləri” filmləri ilə təmsil olunub.

Tarix
2018.01.22 / 17:27
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla