Yuxarı

Şevarnadze bu azərbaycanlıya “böyük aktyor” demişdi - Axar TV

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Səməndər Rzayev 1945-ci il yanvarın 2-də anadan olub. İncəsənət İnstitutunda Rza Təhmasibin məktəbində dərs alan Səməndər daha sonra Sumqayıt Teatrında çalışıb. Lakin onun səhnə həyatı daha çox Akademik Dram Teatrı ilə bağlı olub. Aktyor burada bir-birindən fərqli, unudulmaz obrazlar yaradıb.

Onun çəkildiyi ilk ekran işi isə “Uşaqlığın son gecəsi” filmi olub. Filmin əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər Rzayevidi.

Səməndər Rzayev “Nəsimi” filmində Şirvanşah İbrahim, “Ad günü”ndə Faiq, “Bağ mövsümü”ndə Ağamirzə, “Babamızın babasının babası"nda Əliquliyevi, “Bəyin oğurlanması”nda Hidayəti və digər obrazları gözəl ifa edib.

O, təkcə aktyor kimi yox, insan kimi də çox maraqlı idi. Operator Kənan Məmmədov Səməndər Rzayevin də rol aldığı “Ad günü” filminin çəkiliş prosesi haqda bunları deyir:

“Dubl çəkilməyə başladı. Səməndər Rzayev sağlıq deyir ki, bunu içək dostluğun, qardaşlığın, birliyin şərəfinə... Badəni qaldırıb içən kimi Səməndər başladı qışqırmağa: “Ə, bu nədir, ay Rasim? Biz o qədər acizik ki, şampan da içə bilməyək?!”

“Stop kadr” deyildi və səhnənin çəkilişi dayandı. Səməndər Rzayev canfəşanlıqla bildirdi ki, əşşi, bu nədir, mən sağlıq deyirəm, çayı doldurmusuz bura. Rasim Ocaqov başa düşdü ki, real şampan olmasa, mümkün olmayacaq. Çəkilişi 10-15 dəqiqəliyinə saxladıq. İşçilərdən biri dükana qaçıb 4-5 şüşə şampan şərabı aldı. Yalnız bundan sonra çəkiliş davam etdi”.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Tarix
2018.01.23 / 09:07
Müəllif
Ömər, Ülkər
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla