Yuxarı

Azərbaycanlı aparıcı Piterə niyə çağırıldı? – Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı Cavid Osmanov rusiyalı rejissorlardan seriala çəkilmək təklifi alıb.

Kult.az xəbər verir ki, aparıcı bu barədə şəxsi Feysbuk səhifəsində yazıb. O bildirib ki, seriala çəkilmək üçün əvvəlcə bəzi mərhələlərdən keçməlidir:

“Sankt-Peterburq şəhərinə səfərimin sirrinin açılmasının zamanı yetişdi. Azərbaycanda rejissorların marağında olmasam da, Rusiyada vəziyyət başqadır. Mənə Rusiya serialında çəkilmək təklifi gəldi. Kastinq menecer Feysbukda fotolarımı görüb mənə mesaj yazdı. Razılaşdıq və o mənim Piterə gəlişimi təşkil etdi. Rejissor köməkçisi ilə görüşdük, xeyli söhbət etdik, bəyəndilər. Amma orda qayda belədir ki, gərək əvvəlcə mənim fotolarım ümumi Rusiya aktyor kartotekasında olsun, onlar da ordan seçib bir daha çağırsınlar. Həmin kartotekada mənim fotolarımı başqa rejissorlar görə və dəvət edə bilər.

Əlbəttə, bu o demək deyil ki, sabah məni hansısa seriala və ya böyük filmə dəvət edəcəklər. Ola bilər ki, heç kim çağırmasın. Amma bu səyahətin özü, peşakarlarla tanışlıq və ünsiyyət nəyə desən dəyər”.

Tarix
2018.01.31 / 15:13
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla