Yuxarı

"Güləhməd" filmi niyə qadağan edildi? - Əsl səbəb...

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:35

Əgər filmin yayımının dayandırılmasının səbəbi prodüseri qane etməyən söyüşlər olubsa, onda hansı məntiqlə təqdimat keçirilib?!

Bu sözləri Kult.az-a rejissor Fehruz Şəmiyev iki gün öncə təqdimatı keçirilən “Güləhməd” filminin yayımının dayandırılmasına münasibət bildirərkən deyib.

Filmdə səsləndirilən söyüşlərə görə yayımın dayandırılmasının nə dərəcədə doğru olmasından danışan F.Şəmiyev bildirib ki, məsuliyyət prodüserin üzərindədir, çünki filmin sahibi odur:

“Məhz prodüser ssenarini oxuyub, onu istehsalata buraxıb. Belə başa düşdüm ki, filmdə söyüşlər olub deyə yayımı dayandırılıb. Filmi yenidən montaj edib, həmin söyüş kadrlarını çıxarmaq olar. Düşünmürəm ki, filmin yayımdan çıxarılma səbəbi söyüşdür. Axı, prodüser filmin çəkilişlərində və yaxud ssenarini oxuyanda bunları nəzərə ala bilərdi”.

F.Şəmiyev hesab edir ki, filmin yayımdan qaldırılmasının başqa səbəbi var:

“Bunu isə ancaq filmin prodüserindən və filmi izləyən savadlı kinematoqrafçılardan öyrənmək olar”.

Filmdə rol alan aktyor, xalq artisti Arif Quliyev düşünür ki, bu qədər əziyyət hesabına başa gələn filmin yayımdan qaldırılması düzgün deyil:

“Film olduqca maraqlı və baxımlıdır. İnanın, zalda izləyənlərin hamısı gülməkdən birtəhər olmuşdu. Tamaşaçı kimi digər rolları da izlədim təqdimatda, maraqlı səhnələr var. Düzdür, hər kəsin zövqü eyni deyil. Fikrin biri müsbət, biri mənfi ola bilər. Buna görə filmi yayımdan qaldırmazlar axı. Hansı filmi hamı bəyənib, görəsən?!

Yavaş-yavaş bizim filmlər də yüksək səviyyəyə çatacaq. Bu film pis adlandırmaq olmaz. O qədər insanın əziyyəti var burda. Film gözəl mesajlar verir”.

Xalq artisti vurğulayıb ki, onun rolunda söyüş yoxdur, ancaq əliylə söyüş mənası verən bir işarə göstərir:

“Deyirlər, guya filmdə söyüşlər çox olub. Mənim rolumda söyüş yoxdur. Filmdir də, burada söyüş də ola bilər. İndi bütün dünyada çəkilən filmlərdə vulqar sözlərdən istifadə edilir. Bir-iki vulqar sözə görə filmin yayımını dayandırmaq olmaz axı.

Mən filmdə bir bankirin şərikiyəm, amma o məni aldadır. Xəstəxanada uzanmış halda şərikimə səslənərək deyirəm ki, “mən ölürəm və bütün mirasımı oğluma verirəm, səni də əliboş qoymuram” və bu zaman əlimlə “şişka” işarəsi göstərirəm. Yəni al, sənə də qalan bu olacaq”.

Qeyd edək ki, iki gün əvvəl möhtəşəm qala gecəsi keçirilən “Güləhməd” filminin yayımı dünəndən dayandırılıb. Filmin rəsmi və hüquqi mülkiyyət sahibi, “İmperator Lion M” şirkətinin rəhbəri, filmin baş prodüseri Vüqar Cavadov rejissor və ssenarist Mətin Yücelin çəkdiyi filmin dayandırılmasına səbəb kimi ekran işinin uğursuz və keyfiyyətsiz olmasını göstərib. Prodüser bildirib ki, filmdə səsləndirilən söyüşlər, Azərbaycan xalqına, mentalitetinə yaraşmayan qeyri-etik ifadələrdir.

Tarix
2018.02.23 / 15:26
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla