Yuxarı

Azərbaycan filmlərində rol alan məmurlar - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda çəkilən film və seriallarda bəzən incəsənətdən uzaq simalara da rast gəlmək mümkündür.

Report-un məlumatına görə, onlar arasında sonradan rəsmi qurumda işləyən, yaxud filmə çəkilərkən dövlət qurumunda çalışan şəxslər də var.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Fransız” filmində epizodik bir rol olan Fransa səfirliyinin əməkdaşı obrazını canlandırıb.

Baş nazirin müavini Elçin Əfəndiyev “Dantenin yubileyi” filmində tamaşaçı rolunu ifa edib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “Qorxma, mən səninləyəm” filmində Teymur rolunu oynayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli “Tütək səsi” filmində Tapdıq, “Əgər bir yerdəyiksə” filmində Məmməd, “Arxadan vurulan zərbə” filmində isə Fazil rolunda çıxış edib.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Biznesmen” filmində baş rolu canlandırıb.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin əməkdaşı Nadir Əzməmmədov "Sonuncu fəsil" serialında Mamed obrazında, "Vicdan" haqqı" serialında Saleh Rzayev obrazında və "Nəsimi", "Qara Volqa", "Asif, Vasif, Ağasif","Od içində", "Yaramaz" filmlərində çəkilib.

"Azərbaycanfilm" kinostudiyasnın rəhbəri Müşfiq Hətəmov “Küçələrə su səpmişəm” filmində kuryer obrazını canlandırıb.

Dövlət işçisi olmasa da, tanınmış ictimai xadimlərdən Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Var olun, qızlar..” filmində Murad, “Xatirələr sahili” filmində isə redaksiya işçisi obrazını canlandırması maraqla qarşılanıb.

Tarix
2018.03.06 / 16:44
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla