Yuxarı

Uillisin oynadığı filmin çəkilişində faciə: 1 ölü, 5 yaralı

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

37 yaşlı Maykl Devidson Edvard Nortonun “Yetimlərin Bruklini” filminin növbəti səhnəsinin çəkilişləri zamanı başlayan yanğın nəticəsində ölüb.

Kult.az xəbər verir ki, “Mirror” alov çəkilişlərin aparıldığı məkanın zirzəmisindəki caz-klubdan başladığını yazıb.
Səhnənin çəkilişində Edvard Norton da iştirak edirmiş. Zirzəmidən tüstü qalxdığını görüb. polisi yardıma çağırıb. Qısa müddətdə beşmərtəbəli evə yayılan yanğının söndürülməsinə 75 yanğınsöndürmə maşını cəlb edilib.

Yanğın briqadasının tərkibində Maykl Devidson da olub. 15 illik yənğınsöndürmə təxrübəsi olan və 4 dəfə cəsarətinə görə mükafatlandırılan Devidsonun ölümü çəkiliş qrupunu üzüb.

Bundan başqa, yanğında daha iki yanğınsöndürən və çəkiliş qrupunun 3 üzvü xəsarət alıb.

Norton olaydan sarsıldığını bildirib və olay yerinə gələn mediaya “Bu, böyük faciədir, bizi tək buraxın” deyib.

Qeyd edək ki, “Yetimlərin Bruklini” filmi Conatan letemin eyniadlı romanı əsasında çəkilir. Baş rolları Uillem Defo, Bryus Uillis və Alek Bolduin oynayır.

Film gələn il ekranlara çıxmalıdır.

Tarix
2018.03.31 / 23:44
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla