Yuxarı

Babasının məzarı üçün Bakıya gələn türk… - Təqdimat

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Mədəni maarifləndirmə” proqramı çərçivəsində bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Sarmaşıqlı məzarlar” filminin təqdimatı baş tutub.

Kult.az xəbər verir ki, təqdimat mərasimində Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, “Aranfilm”in bədii rəhbəri Tahir Tahiroviç, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir, Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Zəfər Ocaq, Türkiyənin Azərbaycandakı səfirliyinin, Müdafiə Nazirliyinin əməkdaşları, Fondun gənclər klublarının üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Oqtay Səmədov maarifçilik işinin həyata keçirilməsində sənədli filmlərin rolundan danışıb. İcraçı direktorun sözlərinə görə, “Aranfilm”in istehsalı olan “Sarmaşıqlı məzarlar” filmi 1918-ci ilin martında Azərbaycana köməyə gəlmiş və döyüşlərdə şəhid olmuş türk əsgərlərinin xatirəsinə həsr olunub. O.Səmədov filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə kimi dəyərləndirib.

“Aranfilm”in bədii rəhbəri Tahir Tahiroviç iştirakçılara yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan söhbət açıb. Bədii rəhbər sənədli filmlərin gənclərin dünyagörüşünün və elmi biliklərinin artırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən filmin çəkilməsinə, xüsusən, gənclərə nümayiş olunmasına dəstək göstərənlərə minnətdarlığını bildirib. C.Özdəmir iki xalqın qardaşlıq nümunələri olan hadisələrdən danışaraq, Türkiyə ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında 4 iyun 1918-ci il tarixdə bağlanmış Batumi müqaviləsinə əsasən, Qafqaz İslam Ordusunun Nuru Paşanın başçılığı ilə Azərbaycana köməyə gəldiyini, könüllülərin öz azərbaycanlı qardaşları ilə birgə qədim türk torpağı uğrunda qəhrəmanlıqla döyüşdüklərini xatırladıb.

Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Zəfər Ocaq Türkiyə-Azərbaycan arasındakı hərbi münasibətlərin tarixindən bəhs edib, ikitərəfli əlaqələrin bölgədə sabitlik və sülhün qurulmasına xidmət etdiyini vurğulayıb.

Filmin qəhrəmanı – Bakı Yunus ƏmrƏ İnstitutunun əməkdaşı Əli İhsan Çevik tədbirdə çıxış edərək, belə layihədə iştirak etməkdən qürur duyduğunu dilə gətirib.

Filmdə babasının məzarını axtarıb tapmağa gəlmiş türkiyəli gəncin ona bələdçilik edən tarix elmləri doktoru, istefada olan polkovnik Mehman Süleymanovun köməyi ilə Azərbaycanın bütün bölgələrində olan naməlum türk əsgərlərinin məzarlarını ziyarət etməsi göstərilir. Bələdçi məzarların hər biri barədə geniş məlumat verir.

Filmin nümayişindən sonra tədbir müzakirələrlə davam edib.

Tarix
2018.04.05 / 23:06
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla