Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Avqust 2018


“Gizli istiqlalçılar” təqdim edildi - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində “ARB Aranfilm”in ərsəyə gətirdiyi “Gizli istiqlalçılar” sənədli filminin təqdimatı keçirilib.

Bilik Fondundan Kult.az-a bildirilib ki, tədbirdə qurumun icraçı direktoru Oktay Səmədov əhali arasında maarifçilik işinin həyata keçirilməsində, gənclərin dünyagörüşünün genişlənməsində sənədli filmlərin rolundan danışıb. İcraçı direktorun sözlərinə görə, Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində yaradılmış “Kinoklub” məhz elmi-kütləvi, sənədli filmlər vasitəsilə gənc nəslin maarifləndirilməsinə xidmət edir. Bildirilib ki, klubun ilk toplantısında nümayiş etdirilən “Gizli istiqlalçılar” sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfədir.

“ARB Aranfilm” yaradıcılıq mərkəzinin bədii rəhbəri Tahir Tahiroviç tədbir iştirakçılarına yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan söhbət açıb. T.Tahiroviç ekran əsərində Cümhuriyyətin süqutundan sonra Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Milli Müqavimət Hərəkatı adlandırılmış Sol Müsavat Firqəsinin qərarı ilə Bakıda gizli çap edilən “İstiqlal” qəzeti haqqında maraqlı faktların əks olunduğunu bildirib.

Filmin ideya müəllifi professor Qulu Məhərrəmli Cümhuriyyət tariximizin öyrənilməsində və təbliğində bu cür sənədli filmlərin rolundan bəhs edib.

Film professor Asif Rüstəmlinin tədqiqatları əsasında çəkilib. Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Əminə Həsənli, icraçı prodüseri Nicat Məmmədov, prodüseri İqbal Məmmədəliyevdir.

Filmin nümayişindən sonra Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu, “Gənc jurnalistlər” və “Kinoklub” üzvlərinin, “Mizan” Tələbə Dram Dərnəyinin və fondda təcrübə keçən ali məktəb tələbələrinin iştirakı ilə keçirilən tədbir müzakirələrlə davam edib.

Tarix
2018.05.17 / 17:22
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Mövlud Mövluda həsr edilən qısa film - Video

“Son nəfəsdə” filminə baxmaq istəyənlərin diqqətinə

Azərbaycanda adada tək yaşayan rus haqda film - Video

Putindən Qusmana: Çoxtərəfli istedada malik...

Türklər “Şaban”a görə bu qadına hiddətləndi - Foto

Anar Nağılbazla bağlı film çəkiləcək

Türkiyəli aktyor qəzada həlak oldu

Xalq artisti Kino Günündə əlbəyaxa davadan danışdı - Video

Kino ilə bağlı konseptual proqram hazırlandı

"Prezidentin məni təltif etməsindən qürur duyuram"

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla