Yuxarı

"Çalıquşu"nun Kamranı haqda şok məlumatlar - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

1986-cı ildə çəkilən "Çalıquşu" filmindəki Kamran rolu ilə gənc qızların qəlbini fəth edən aktyor Kənan Kalavın son halı görənləri təəccübləndirib.

Kult.az Publika.az-a istinadla xəbər verir ki, uzun illərdir Barselonada yaşayan 56 yaşlı aktyor xeyli dəyişib. Bir zamanların sevimli kino ulduzunun son halı çoxlarını məyus edib.

Kənan Kalav haqqında maraqlı faktlar

Kənan Kalav 1990-cı ildə həyat yoldaşının gül dükanında işləyən Lətif Dənizlə İstanbuldan İspaniyanın Barselona şəhərinə gedərkən hava limanında polis tərəfindən tutulublar. Onların çantasında 2 kq narkotik tapılıb. Bu səbəbdən dolayı 10 il azadlıqdan məhrum edilən Kənan Kalav Barselonanın Qerona həbsxanasında yatıb. Kənan Kalav 1 il biradamlıq hücrədə qalıb. Amma sonradan altı nəfərlik otağa salınıb.

Əməlindən peşman olan Kənan Kalav 1996-cı ildə İspaniya kralı Karlosa məktubu göndərərək üzr istəyib. Məktubu oxuyan İspaniya kralı həbsxana müdirinə teleqraf yazaraq, Kalavın dərhal azad edilməsini tapşırıb. Aktyor təxminən 5 il həbsxanada yatdıqdan sonra 1996-cı ildə həbsdən çıxıb. O, 1999-cu ilə qədər İspaniyada yaşamağa davam edib.

1999-cu ildə Türkiyəyə qayıdan aktyor keçirdiyi dəhşətli yol qəzası ilə gündəmə gəlib. Sağaldıqdan sonra K.Kalav hərbi xidmətə yollanıb. Əsgərlikdən qayıdan K.Kalav bir neçə film və serial layihəsindən çəkilib. Lakin Türkiyədə yaşaya bilməyən ulduz yenidən İspaniyaya qayıtmağa qərar verib.

Artıq neçə ildir ki, K.Kalav sahibkarlıqla məşğul olur. O, Barselona şəhərinə yaxın balıqçı qəsəbəsində bir neçə restoran sahibidir. Onun həmçinin şəhərin 40 kilometrliyindəki buxtada 18 otaqlı pansionu var.

Tarix
2018.06.28 / 22:54
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla