Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2018


"Prezidentin məni təltif etməsindən qürur duyuram"

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kinosu Günü - Kino işçilərinin peşə bayramı mənim ən sevimli bayramlarımdan biridir. Uşaqlar anadan olduğu günü səbirsizliklə gözlədiyi kimi bütün kino işçiləri də bu tarixi böyük həyəcanla gözləyir. Çünki bu bayramın yeri kino işçiləri üçün xüsusidir. Həmişə deyirəm ki, 2-ci sinifdən Azərbaycan kinosuna qulluq edirəm. Azərbaycan Kinostudiyasında dublyaj şöbəsində filmləri səsləndirməyə 2-ci sinifdən başlamışam. İlk filmim “Kor musiqiçi” olub. Bu filmdə musiqiçinin uşaqlığını mən, atasını rəhmətlik Ələsgər Ələkbərov, anasını isə Hökümə Qurbanova dublyaj etmişdi. Kinoda işimi elə böyük sənətkarlarla başlamışam ki, sənətimi ilk gündən sevmişəm. Bu sahədə nəyəsə nail olmaq ən böyük arzum olub.

Publika.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevin Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında imzaladığı sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülən Əməkdar artist, rəssam və "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə deyib. Tanınmış incəsənət xadimi bildirib ki, “Tərəqqi medalı” ilə təltif olunmasından qürur duyur. Daha sonra aktrisa dövlət başçısının Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndirilib:

“Kino xadimlərinə göstərdiyi qayğıya görə, Cənab Prezidentimizə təşəkkür edirəm. Sevinirəm ki, yaddan çıxmamışam və tərəqqi medalı ilə təltif edilmişəm.

Türk dünyası mədəniyyətinə verdiyim töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərimə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri doktoru" adına, Beynəlxalq Mükafatlar Komitəsinin “Qızıl Ulduz” və “Türk Dünyasında İlin Mədəniyyət Adamı” mükafatlarına layiq görülmüşəm. 16 dekabr 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə təltif edilmişəm. 1 avqust 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Bunlar xarici ölkələrin təqdim etdiyi mükafatlardır. İlk dəfədir ki, Azərbaycanın medalına layiq görülmüşəm və bu, mənim üçün qürurverici hadisədir. Kino xadimləri üçün ən qiymətli, ən dəyərli və ən əziz hədiyyə əməyinin öz ölkəsində qiymətləndirilməsidir”.

S.Bağırzadə son illərdə filmlərə az-az çəkilməsinin səbəbini isə belə izah edib:

“Aktyorlara rolu rejissorlar təklif edir. Rol onlara uyğun olarsa, çəkilməyə razı olurlar. Məsələn, 2015-2016-cı ildə rejissor Ülviyyə Könülün çəkdiyi “Həyat, sən nə qəribəsən” serialında baş rollardan birində çəkilmişdim. Daha sonra “Zaman qatarı” adlı filmdə oynamışam. Sadəcə çoxu kommersiya filmləri olduğundan televiziya kanallarında çox göstərilmir. Artıq elə yaşdayam ki, mütləq ssenarini oxuyub qərar verməliyəm. Rolun böyük və kiçikliyindən asılı olmayaraq, ssenari məni qane edərsə, çəkilirəm. Əsas odur ki, obraz ürəyimcə olsun”.

Kinomuzun bugünkü vəziyyətdən ümidlə danışan aktrisa sözlərinə onu da əlavə edib ki, aktyorlar arasında gənc istedadlar çoxdur:

“Gənc aktyor və rejissorlarımız arasında istedadlılar çoxdur. Sadəcə onlarla işləmək lazımdır. Kino sahəsi bütün dünyada çox inkişaf edib. Yaxşı olardı ki, gənc aktyorlarımız xarici ölkələrdə təhsil alsınlar, ustad dərsləri götürsünlər və ya kino kurslarına getsinlər. Yaxşı tələbənin mütləq yaxşı müəllimi olmalıdır. Bizim nəslin nümayəndələrinin əksəriyyəti dünyasını dəyişib, çox az qalmışıq. Lakin biz bacardığımız qədər cavanlara dəstək oluruq. Ola bilməz ki, yenidən əvvəlki kimi baxmaqdan doymadığımız filmlər çəkilməsin. Azərbaycanda əvəzolunmaz insanlar çoxdur, amma gəncləri də onları səviyyəsinə çatdırmaq lazımdır. Heç nə göydən düşmür, nə isə qazanmaq üçün əziyyət çəkməlisən”

Tarix
2018.08.02 / 16:45
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Savaşçı”da Xocalını xatırlayaraq göz yaşı tökdü - Video

Qırğızlar “Türk dünyasının iki dahi oğlu”nu film etdi

Bakıda türk ulduzlarının iştirakı ilə qala gecəsi

Türk məşhurlar Bakıda: ən bahalı filmimiz - Foto

Türkiyədə Azərbaycana hörmətsizlik edənlər işdən qovuldu

Avropa Film Festivalı Bakıda - Foto

Məşhur türk serialında Azərbaycana hörmətsizlik - Foto

İzzət qalmaqallı filmini təqdim etdi - Foto

Ölümdən xilas olmaq istəyən qəhrəman - "Təxəyyül"

İstanbulda möhtəşəm qala gecəsi və mükafatlandırma... - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla