Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2018


Anar Nağılbazla bağlı film çəkiləcək

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün bundan qabaq dünyasını dəyişən reper Anar Nağılbazın atası, keçmiş deputat Rizvan Cəbiyev oğlu ilə bağlı film çəkdirmək fikrindədir.

Bu barədə fikirlərini Modern.az-la bölüşən Rizvan Cəbiyev bundan sonrakı ömrünü oğluna həsr edəcəyini deyib.

“Anarla bağlı bir film çəkilməsini istəyirəm. Fikrim var ki, ssenarini ya mən, ya dostlardan kimsə hazırlasın. Hətta, çəkiləcək filmin adına qədər fikirləşmişəm. Hamının tanıdığı və heç kəsin görmədiyi Anar. Bu formada sənədli filmin gerçəkləşməsini istəyirəm. Onun kitablarının da nəşr olunmasını istəyirəm. Bu gündən sonra nə qədər ömrüm varsa, hamısını Anara həsr edəcəyəm. Mütləq şəkildə oğlumu reabilitasiya etmək istəyirəm. Anar bu cəmiyyətdən yaralı və nigaran getdi. Ona görə də bunları etmək atalıq borcumdur”.

Rizvan Cəbiyev oğlunun övladlarını evinə gətirmək məsələsinə də toxunub.

“Uşaqların anası var. İstəsəydim, zamanında istənilən formada uşaqları geri alardım. Amma uşaq ananın yanında olar. Uşaqları çox sevən anaları var. Ana qucağı uşaq üçün hər şeydir. Vətənə də ana deyirlər. Bu söz boşuna deyilmir. Hər şeydən öndə anadır. Pis odur ki, uşaqların anası onları bizimlə görüşdürməyə razı olmur. Düşünürəm ki, onu da hüquqi formada yoluna qoyacağıq. Çünki o uşaqlar bizim qanımızdır. Ürəyim çox istəyir ki, o uşaqları görüm. Anarın qoyub getdiyi iki əsər var. Biri yazılı əsərdir, digəri isə Allahın göndərdiyi əsərdir. Uşaqlar Anarın ən böyük əsəridir”

Anar Cəbiyev 1974-cü ilin mart ayının 28-də anadan olub. Anar Nağılbaz Azərbaycanın ilk repçisi sayılır. O, replə məşğul olmağa 1988-ci ildə başlayıb. Artıq 1990-cı ildə A.Nağılbaz Yaltada beynəlxal festivalda "Bivəfa" mahnısı ilə təmsil edib. İlk albomunu 1996-cı ildə buraxıb.

Tarix
2018.08.07 / 13:14
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Di Kaprio “Oskar”ı geri qaytaracaq – Səbəb

Atın içində gizlənən Sinan, TV-də ölən Xədicə... - "Əhlət ağacı"

Flora "oğlunu" qaradərili ilə evləndirdi - Foto

Hollivud ulduzu Qaşıqçı ilə bağlı Türkiyəyə gəldi: film çəkilir

Bakıda İtaliya-Azərbaycan Kinofestivalı keçiriləcək

Xalq artistimiz məşhur türk serialında - Video

Almaniyadan Rüstəmxanlının çəkildiyi filmə qadağa – Video

Baş nazirdən qərar: Ocaqovun xatirəsi əbədiləşdirildi

Yaşar Nuridən inanılmaz oyun: 13 nəfər bir adamda - Video

Rüstəmxanlının rol aldığı “Dəlilər” təqdim olundu - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla