Yuxarı

Hind geyimində azərbaycanlı aktyorlar – Serial gəlir

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaqif Mustafayevin “Bu zalım dünyada doğulma” serialının Azərbaycan versiyası “Anaya”da rejissor olaraq heç bir fəaliyyəti yoxdur.

Bu sözləri Kult.az-a açıqlamasında serialın rejissoru Nicat Manafov söyləyib. O, ekran işinin eyniadlı hind serialının motivləri əsasında çəkildiyini bildirib:

“Bu ideyanı mən irəli sürmüşəm. Biz 2013-cü ildə Nuriyə Əhmədova ilə sözügedən serialın komediya versiyasını çəkmişdik. O, rəhmətə gedəndən sonra çəkilişlər dayandırıldı və serial yayımlanmadı. İndi də yenidən bu ideya ilə Vaqif Mustafayevə müraciət etdik. Serialın quruluşçu rejissoru mənəm. Hadisəni hind serialından götürüb, tamam başqa bir formada çəkmişik, heç bir halda “Bu zalım dünyada doğulma” serialı ilə əlaqəsi yoxdur. Vaqif bəyin serialın çəkiliş heyəti ilə danışması və rəsmi şəkildə icazə alması ilə bağlı yayılan məlumatlar əsassızdır. Speys TV, sadəcə, yayım məsələsi ilə bağlı bizimlə əməkdaşlıq edir. Biz hind serialına azərbaycansayağı yanaşmışıq. Tamaşaçılar diqqət etsələr, görərlər ki, layihədə Azərbaycan dialektlərindən, danışıq formalarından istifadə olunub. Hadisələr Azərbaycanda cərəyan edir. Geyimlər də sırf hindlilərə məxsus deyil. Məsələn, biz orada kəlağayıya oxşayan ştrixlərdən istifadə etmişik. Tam olmasa da, millilik qorunub. Seriala ona görə bu formada yanaşdıq ki, ən azından hind atmosferi, ab-havası görüntüdə öz əksini tapsın. İstinad etdiyimiz mövzu, isinad etdiyimiz ölkənin ştrixləri daha çox qabardılsın”.

N.Manafov serialın niyə milliləşdirilmədiyinə də aydınlıq gətirib:

“Dünya praktikasında belə bir şey var ki, hər hansı bir bədii əsər səhnələşdirilərkən hadisə İtaliyada baş veribsə, tamaşa İtaliya adətləri və geyim tərzinə uyğun formada təsvir olunur. Biz də buna görə Hindistan amilini daha çox qabartmağa qərar verdik. Serialın çəkildiyi məkan Bakıda yerləşir. Düzü, belə bir ideyanın yaranmasında məkanın çox böyük rolu var. Biz həmin məkanı gördükdən sonra qərar verdik ki, burada çox gözəl hind serialı çəkmək olar. Paytaxtdan əlavə, bir sıra bölgələrimizdə də çəkilişlər aparmışıq. Serialın həftədə 5 dəfə olmaqla 200 bölüm çəkilməsi nəzərdə tutulub. Məkan və aktyor baxımından hələ də araşdırmalarımız davam edir. Ümumilikdə heyət 60 nəfərə yaxındır. Çəkilişlərimizə xarici aktyorlar da cəlb edilib. Hindistanlı aktyorlar kütləvi səhnələrə çəkilib. Hind rəqslərinin sinxron hazırlanması üçün peşəkarlarla çalışırıq. Yeni sezondan etibarən serial tamaşaçılara təqdim olunacaq. Nümayiş sentyabrın sonu, oktyabrın əvvəlinə planlaşdırılıb”.

Serialın əməkdaşı İsa Rəvan isə bildirib ki, çəkilişlər barədə Hindistan səfirliyinə məlumat verilib:

“Artıq 24 bölüm yekunlaşmaq üzrədir. Çəkilişlər zamanı hər şeyə peşəkar yanaşırıq. Ekran işi yüksək səviyyədə alınarsa, ola bilər ki, Hindistan səfirliyinin xətti ilə nə vaxtsa komandamız o ölkəyə səfər edib, serialın təqdimatını keçirsin. Baş rolu aktrisa Mehriban Zəki canlandıracaq. Bundan əlavə, komandada xalq artisti Rafael Dadaşov, Mirzə Ağabəyli, müğənni Cavad Rəcəbli, meyxanaçı Ağamirzə, müğənni Rahidə Baxışova və eyni zamanda bir sıra gənc aktyorlar yer alıb”.

Qeyd edək ki, xalq artisti, rejissor Vaqif Mustafayevin “Bu zalım dünyada doğulma”nı istehsal edən şirkətlə müqavilə bağlayaraq, serialı alması barədə məlumatlar yayılmışdı.

Tarix
2018.09.11 / 23:30
Müəllif
Büllurə, Nərmin
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla