Yuxarı

Tamaşaçılara şad xəbər: "Məhəllə 3" gəlir, amma...

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quruluşçu rejissoru Ramiz Fətəliyev, ssenari müəllifi isə Tahir İmanova aid olan “Məhəllə” filminin 3-cü hissəsi çəkilir.

Kult.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə aktyor Ələkbər Əliyev məlumat verib. O bildirib ki, filmin çəkilişlərinin birinci günü artıq başa çatıb. Ə.Əliyevin sözlərinə görə, filmin ssenari müəllifi və rejissoru, həmçinin iştirak edən aktyor heyətinin adları hələlik açıqlanmır. Bu barədə gələn ay məlumat veriləcək.

Əldə etdiyimiz məlumata əsasən, “Məhəllə 3”də Rafael, Coşqun, Kübra Əliyeva, İlham Qasımov, eləcə də ssenarist olaraq Müşfiq Abbasov heyətdə yoxdur. Əməkdar artist Dilarə Əliyeva isə ekran işində yer alacaq.

Köhnə qəhrəmanların filmə daxil edilməməsi sosial şəbəkələrdə müzakirə mövzusu olub. Filmin izləyiciləri əvvəlki heyətin filmdə rol almamasını tənqid edərək "Qüdrətsiz Məhəbbət maraqsız olacaq" kimi rəylər yazıb.

Məlumat üçün bildirək ki, film kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan bəhs edir. Film unudulmaz bəstəkar Süleyman Ələsgərov və həyat yoldaşı Ağgül xanımın 80 illik yubileylərinə ithaf olunub.

Qeyd edək ki, mərhum aktrisa Nəsibə Zeynalovanın kinoda son işi də “Məhəllə” filmidir.

Tarix
2018.09.29 / 00:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla