Yuxarı

İzzət qalmaqallı filmini təqdim etdi - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Nizami Kino Mərkəzində “Ümidlər puç olanda” filminin təqdimat mərasimi baş tutub.

Publika.az xəbər verir ki, ekran işinin ssenari müəllifi tanınmış müğənni İzzət Bağırov, rejissoru isə Samir Qulamdır. Filmdə əməkdar artistlər Mehriban Xanlarova, Xalidə Quliyeva, aktrisa Asya Atakişiyeva, Kazım Abdullayev və aktrisa Gülşən Hüseynli rol alıb, baş rolu isə müğənni özü canlandırıb.

Özünü ilk dəfə ssenarist sınayan İzzət Bağırov film haqqında təəssüratlarını bölüşüb:

“Son illərdə Azərbaycanda kino xadimləri komediya çəkməyə üstünlük verir. Təbii ki, burada İzzət Bağırov adı varsa, bu komediya ola bilməz. Bu mövsüm yeddi-səkkiz film var. Hamısı da komediyadır. Bir melodrama var, o da mənə aiddir. Filmlərin hamısı komediya olduğu üçün rəqib yoxdur. Amma olsa da olar, problem deyil, rəqabəti sevirəm.

Melodrama janrında olan "Ümidlər puç olanda" filmi keçmişdə yaxın dost olan iki insanın münasibətlərinin sonradan düşmənçiliyə çevrilməsindən və iki ailənin başına gələn faciədən bəhs edir. Filmdə atam öz dostunun günahına görə həbsxanaya düşür. Əsas hadisələr də bundan sonra cərayan edir.

Bu layihədə imzam varsa, göz yaşları, faciə və kədər qaçılmazdır. Filmdə bir çox mesajlar ötürməyə çalışmışıq. İnsanın nümunəvi, vicdanlı, dürüst, şərəfli ömür sürməsindən tutmuş, pula görə özünü satan ikiüzlü insanları filmdə göstərməyə çalışmışıq".

İzzət Bağırov film çəkilişlərinin bir ilə tamamlandığını bildirib:

"Çəkilişlərimiz bir ilə tamamlanıb. Bir saat 35 dəqiqəlik tammetrajlı bədii filmdir, əlbəttə ki, çətinliklər oldu. Adi bir klip çəkilişlərində də müəyyən problem yaranır. Şükrlər olsun ki, dövlətimizin göstərdiyi qayğı nəticəsində onları aradan qaldıra bildik.

Filmin çəkildiyi məkanlar çoxdur, bütün bunlar sadəcə pulla həll olunan işlər deyildi. Restoranı və ya villanı pulla kirayələmək olur. Həbsxanada çəkiliş aparmaq üçün dəstək lazım idi və biz bu dəstəyi gördük. Ssenaridə yazdıqlarımı həyata keçirə bildim, gördüyüm dəstək sayəsində silmək məcburiyyətində qaldığımız səhnələrimiz olmadı.

Film çəkmək ucuz başa gəlmir. Ssenaristi olduğum filmdə hər bir aktyor son manatına qədər qonorarını alıb. Bircə dostum Elçin və oğlum almayıb. Ən çox pul aparan isə texnika, məkanlar və gündəlik tələbatların qarşılanmasıdır".

Daha sonra müğənni əlavə edib ki, layihədə kiçik oğlu Rza rol alıb:

“Həyat yoldaşımla digər iki oğlum qala gecəsində iştirak etmir. Çünki ailəmi mətbuatdan uzaq tutmağa üstünlük verirəm. Çalışıram ki, ailə həyatımı qapalı yaşayım.

Qala gecəsinin qonaqları arasında Xalq artisti, kinorejissor Şeyx Əbdül, nəğməkar şair Vüqar Əhməd, İ.Bağırovun bacısı qızı və tanınmış xanəndə Almaxım Əhmədli, müğənni Elnarə Xəlilova, aktyor Anar Heybətov, aktyor Rəşad Kəsəmənli, Tarənə Qumral ilə həyat yoldaşı Musa Musayev, Manaf Ağayev və başqaları olub.

Tarix
2018.10.09 / 14:45
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla