Yuxarı

Avropa Film Festivalı Bakıda - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 10-dan 21-dək “Park Cinema”da 9-cu Avropa Film Festivalı keçiriləcək.

Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və Aİ-yə üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, həmçinin Norveç səfirliyi tərəfindən təşkil olunub.

Kult.az xəbər verir ki, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankaus Avropa ilə Azərbaycan arasında mədəni əlaqələrinin genişləndiyini vurğulayıb.

Diplomat qeyd edib ki, festival çərçivəsində 17 Avropa İttifaqı ölkəsindən - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Birləşmiş Krallıq, eləcə də Norveç və Azərbaycandan 19 film nümayiş olunacaq. Filmlər seçilərkən bütün kinosevərlərin marağı nəzərə alınıb.

Ötən illərdə olduğu kimi yenə də festival iştirakçıları Avropa kino industriyasının ən son yenilikləri ilə tanış olacaq, Avropanın aparıcı film rejissorları ilə keçiriləcək ustad dərsləri və müzakirələrdə iştirak etmək imkanı qazanacaqlar. Festivalın qonaqları sırasında rejissura, kamera, montaj və ssenari sahəsində 30 ildən artıq təcrübəsi olan Hollandiyanın film rejissoru Mark Verkerk və uğur qazanmış natura filmlər silsiləsinin quruluşçu rejissoru İqnas van Şaik, Bolqarıstanın film və televiziya seriallarının ssenaristi Teo Çepilov və Litvanın məşhur sənədli film rejissoru Arunas Matelis kimi tanınmışlar yer alıb.

Bildirilib ki, bütün tədbirlər ictimaiyyət üçün açıqdır.

Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi bildirib ki, bu festivalda ölkəsinə məxsus filmlər ilk dəfə təqdim olunacaq. Festival vasitəsilə Macarıstan mədəniyyətini Azərbaycan xalqına çatdıracağıq.

Diplomat festival çərçivəsində nümayiş olunacaq Macarıstan istehsalı olan filmlər barədə məlumat verib. Xüsusilə “Kimcem” filmi barədə ətraflı bəhs edən səfir qeyd edib ki, ekran əsəri Macarıstanda baş vermiş inqilabi hadisələri əks etdirir. Bu film nəinki Macarıstanda, həm də bütün dünyada çox məşhurdur. Festival çərçivəsində bu film iki dəfə ingilis dilində (Azərbaycan dilində subtitrlər vasitəsilə) nümayiş etdiriləcək.

Hollandiya missiyasının rəhbəri Zumreta Yahiç bildirib ki, ölkəsinə məxsus filmlərinin festivalda təqdim olunmasından çox məmnundur.

Qeyd edək ki, oktyabrın 10-da festival çərçivəsində “Vəhşi Amsterdam” sənədli filmi nümayiş olunacaq. Filmin iki tanınmış rejissoru sabah təqdimatda iştirak edəcəklər.

Tarix
2018.10.09 / 20:20
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla