Yuxarı

Türk məşhurlar Bakıda: ən bahalı filmimiz - Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Gənclik” TM-də yerləşən “CinemaPlus” kinoteatrında “Qış nağılı” filminin mətbuat konfransı keçirilib.

Kult.az xəbər verir ki, konfransda Türkiyənin məşhurlar simaları - müğənni Halil Sezai və aktrisa Müge Bozla yanaşı, Azərbaycanın tanınmış müğənni və aktyorları iştirak edib.

Mərasimdə çıxış edən filmin baş prodüseri Cəfər Axundzadə bunları deyib:

“Filmin çəkilişləri davam edir. Müasir yerli kommersiya filmləri arasında ən bahalı filmdir. Dekabrın əvvəlində premyera gözlənilir. Tək Azərbaycanda deyil, Türkiyə və Avropa ölkələrində də kinoteatrlara çıxacaq. 10-a yaxın ölkənin kinoteatrlarında vizyona girəcək. Filmdə demək olar ki, baş rol yoxdur. Ayrı-ayrı hekayələrdən ibarət olduğu üçün hər kəs öz xəttinin baş rolu sayılır. Filmin çəkilişləri yay aylarına təsadüf elədi. Buna görə İrandan süni qar üçün mütəxəssislər dəvət etdik. Rusiya və Türkiyə mütəxəssislərdən də məsləhət aldıq. Halil Sezai, Mügə Bozla yanaşı, bir çox məşhur bu filmdə rol alır. Elə aktyorlarımız var idi ki, onlarla ilk dəfə idi işləyirdik”.

Jurnalistlərin sualların cavablandıran aktrisa Müge Boz da film haqqında təəssüratlarını bölüşüb:

“Halil Sezai ilə filmdən əvvəl tanışlığımız yox idi. Azərbaycanda tanış olduq. Öz adımla oynamaq mənim üçün asan deyildi. Düşünürəm ki, gözəl film alındı. Azərbaycana gəlməmişdən qabaq film haqqında təəssüraflarım müsbət idi. Filmin aktyorları öz obrazlarına hissləri ilə yanaşırdı, buna görə çox gözəl film ərsəyə gələcək”.

Türkiyəli məşhur müğənni Halil Sezai filmin uğurlu olacağını bildirib:

“Filmdə komediya üçün öz adlarımızla oynayıb, fərqli xarakter nümayiş etdirdik. Yeni illə bağlı olduğu üçüm mahnılar da ifa etdik. Hətta Müge xanımla sürprizlərimiz də var sizə”.

Qeyd edək ki, filmin baş prodüseri, ideya müəllifi və quruluşçu rejissoru Cəfər Axundzadədir. Senari Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadəyə məxsusdur. Yeni il gecəsi baş verən hekayələrdən bəhs edən filmdə Elcan Rəsulov, Oksana Rəsulova, Sənubər İsgəndərli, Taleh Yüzbəyov və başqaları rol alıb. Film “Cinemazadeh” şirkətinin 2018-ci il üzrə ən böyük layihəsidir.

Tarix
2018.10.12 / 18:52
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla