Yuxarı

Qırğızlar “Türk dünyasının iki dahi oğlu”nu film etdi

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Ulu öndər Heydər Əliyev və Çingiz Aytmatova həsr olunmuş “İki dahi oğlu...” adlı film çəkilib.

Kult.az xəbər verir ki, filmin ideya müəllifi və rejissoru Qırğızıstanın əməkdar mədəniyyət xadimi Zamir Eraliyevdir. Filmdə Ulu öndərin türk dünyasının birləşməsində olan misilsiz xidmətlərindən söz açılır.

Filmdə 2008-ci ildə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü və təşkilatçılığı ilə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun Azərbaycana səfəri geniş işıqlandırılıb. Titrlərdə, yaradıcılıq qrupu filmin ərsəyə gəlməsinə dəstək vermiş Qırğızıstan Respublikası Prezident Aparatının rəhbəri Dosalı Esenaliyevə, Qırğızıstan Dövlət Kadr xidmətinin direktoru Akram Madumarova, Azərbaycan Prezidenti Administrasiyası ictimai siyasi şöbənin xaricdə yaşayan azərbaycanlılarla iş böməsinin müdiri Qafar Əliyevə, Bişkekdə fəaliyyət göstərən AQUA LAB firmasına və Lina firmasına öz təşəkkürünü bildirib.

Filmin təqdimatı fondun Bakıda keçirməyi planlaşdırdığı silsilə tədbirlər çərçivəsinə həyata keçiriləcək.

Xatırladaq ki, Fond bu il noyabr ayının 17-20 tarixində Qırğızıstanın, Qazaxıstanın, Rusiyaın tanınmış dövlət, siyasi, elm və ədəbiyyat xadimlərinin iştirakı ilə “Türk dünyasının iki dahi oğlu” adı altında silsilə tədbirlər keçirməyi nəzərdə tutur.

Tarix
2018.10.20 / 00:54
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla