Yuxarı

"Adam" adam içinə çıxdı, ikinci yeri qazandı - Video

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Adam” filmi XI İstanbul Beynəlxalq Memarlıq və Şəhər Film Festivalında 90 ölkədən qatılan 950 film arasında "sənədli film nominasiyası"nda ikinci yerə layiq görülüb.

Bu barədə Kult.az-a açıqlamasında filmin prodüseri Qan Turalı deyib. O bildirib ki, festivalın final mərhələsinə 50 film keçib:

“Finala keçən filmlər arasında ikinci yeri bizim filmimiz tutdu. Bu, bizim üçün böyük qürurdur. Çünki “Adam” filmi çox məhdud imkanlarla istehsal olunub. Zen Film (Azərbaycan) və Alfeka (Türkiyə) şirkətinin birgə layihəsi olan filmin ərsəyə gəlməsində Türkiyədəki partnyorlarımızın da böyük əməyi var. Düşünürəm ki, Azərbaycan kinomateqrafiya sahəsində çox istedadlı, parlaq şəxslər var. Bu qələbəni müstəqil kinomuzun bir uğuru hesab edirəm. “Adam” filminin xaricdə yayımlanması Azərbaycanda kino sahəsinin inkişafına mühum töhfə verəcək”.

Qan Turalı filmin Azərbaycan nümayişi barədə də danışıb:

“Filmi internətə yükləyə bilmirik. Çünki bundan sonra digər beynəlxalq festivallarda iştirak edəcəyik. Bizə Azərbaycanda filmə necə baxmaq olar haqqında tez-tez suallar verilirdi. Buna görə istəyirdik ki, Azərbaycanda tamaşaçılar üçün filmin premyerasını keçirək. Amma noyabrda Azərbaycanda "Nizami" kinoteatrında film festivalı keçiriləcəyi üçün artıq buna ehtiyac qalmadı. Həmin festival çərçivəsində “Adam” filmi də yayımlanacaq”.

Qeyd edək ki, film 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilən Kürdilidə illərdir tək yaşayan rus mənşəli azərbaycanlı Vitali Pronin haqqındadır.

Quruluşçu rejissoru Emil Əli, prodüserləri Qan Turalı (Zen Film) və Əli Araz (Alfeka), icraçı prodüseri Fuad Cəfərov olan "Adam” filminin çəkilişlər Neftçala rayonun Kürdili adasında, post-prodakşnı isə Türkiyədə həyata keçirilib.

Tarix
2018.10.28 / 00:10
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla